8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Xorvatiya polisi rahibənin müsəlman hücumu iddiasını təkzib edib

Xorvatiya polisi 28 noyabrda Zaqrebdə yaralanan rahibə Maria Zrnonun “müsəlman miqrant tərəfindən hücuma məruz qalması” barədə iddiasını təkzib edib. Aparılan istintaq göstərib ki, 35 yaşlı qadın xəsarətləri özünə qəsdən yetirib.

3 Dekabr 2025 20:33
Xorvatiya polisi rahibənin müsəlman hücumu iddiasını təkzib edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Xorvatiya polisi 28 noyabrda Zaqrebdə yaralanan rahibə Maria Zrnonun “müsəlman miqrant tərəfindən hücuma məruz qalması” barədə iddiasını təkzib edib. Aparılan istintaq göstərib ki, 35 yaşlı qadın xəsarətləri özünə qəsdən yetirib.

AzerVoice xəbər verir ki, Zaqreb Polis İdarəsinin məlumatına görə, hadisə günü bir neçə şahidin dindirilməsi və geniş araşdırmalar nəticəsində müəyyən olunub ki, rahibənin yaralanması üçüncü şəxs tərəfindən törədilməyib.

Zrno 1 dekabrda xəstəxanadan çıxdıqdan sonra polis bölməsinə gələrək “tanımadığı kişinin bıçaqladığını” iddia etmişdi. Lakin araşdırma zamanı əldə olunan yeni sübutlar onun ifadəsinin həqiqətə uyğun olmadığını üzə çıxarıb. Polis müəyyən edib ki, Zrno hadisədən əvvəl Zaqrebdəki mağazalardan birindən bıçaq alıb və xəsarətləri özü yetirib.

Bu səbəbdən onun barəsində “yalan məlumat verməklə cinayəti uydurmaq” maddəsi ilə prokurorluğa müraciət ediləcəyi bildirilib.

Hadisə baş verdikdən sonra Zrno, hücumun guya “Allahu Əkbər” deyə qışqıran bir kişi tərəfindən dini motivlərlə törədildiyini irəli sürmüşdü. Lakin Katolik Kilsəsi sonradan ilkin emosional açıqlamalarını geri götürərək vurğulayıb ki, polis istintaqı belə bir hücumun izinə rast gəlməyib.

Maria Zrno Xorvatiyada futbol sevgisi və “Laudato TV”də idman proqramlarındakı iştirakı ilə tanınırdı. Onun Dünya Çempionatı zamanı başladığı “Milli komanda üçün dua” təşəbbüsü ölkə üzrə geniş dəstək qazanmışdı.

Məqalədə: #Xorvatiyada monahinin müsəlman miqrant hücumu iddiası yalanlandı #Zaqreb polisi: monahinin xəsarətləri özünə yetirdiyi sübut edildi #Maria Zrnonun iddiası təkzib edildi — prokurorluq ittiham hazırlayır #Xorvatiyada monahinin hücum hekayəsi uydurma çıxdı #Polis: Zrno bıçağı özü alıb #xəsarətləri özü yetirib #Zaqreb istintaqı dini motivli hücum iddiasını rədd etdi

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.