Xorvatiya polisi rahibənin müsəlman hücumu iddiasını təkzib edib
Xorvatiya polisi 28 noyabrda Zaqrebdə yaralanan rahibə Maria Zrnonun “müsəlman miqrant tərəfindən hücuma məruz qalması” barədə iddiasını təkzib edib. Aparılan istintaq göstərib ki, 35 yaşlı qadın xəsarətləri özünə qəsdən yetirib.