6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avstriyada Qəzzaya dəstək məqsədilə xeyriyyə yarmarkası keçirilib

Avstriyanın paytaxtı Vyanada Qəzza zolağında çadır məktəbinin yaradılmasına dəstək məqsədilə xeyriyyə yarmarkası təşkil olunub. Tədbir Vyanada fəaliyyət göstərən humanitar təşkilat Rahma Austria tərəfindən şəhərdə yerləşən mərasim zalında keçirilib. Yarmarkada yüzlərlə insan iştirak edib.

26 Dekabr 2025 04:00
Avstriyada Qəzzaya dəstək məqsədilə xeyriyyə yarmarkası keçirilib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Avstriyanın paytaxtı Vyanada Qəzza zolağında çadır məktəbinin yaradılmasına dəstək məqsədilə xeyriyyə yarmarkası təşkil olunub.

AzerVoice xəbər verir ki, tədbir Vyanada fəaliyyət göstərən humanitar təşkilat Rahma Austria tərəfindən şəhərdə yerləşən mərasim zalında keçirilib. Yarmarkada yüzlərlə insan iştirak edib.

Xeyriyyə aksiyası çərçivəsində Qəzzada çadır məktəbinin açılması üçün ianələrin toplanması nəzərdə tutulub. Bu məqsədlə yarmarkada kitablar simvolik olaraq bir avroya satışa çıxarılıb.

Yarmarka zamanı iştirakçılara türk mətbəxinə aid müxtəlif yeməklər də təqdim olunub.

Tədbirdə iştirak edən avstriyalı yazıçı Hubert Krammer çıxış edərək bu cür humanitar təşəbbüslərin əhəmiyyətinə diqqət çəkib. O, eyni zamanda “Miflərin fövqündə” adlı kitabını təqdim edib. Kitabda sionizm ilə faşist cərəyanlar arasındakı əlaqələr, eləcə də sionistlər tərəfindən təşkil edildiyi iddia edilən kütləvi qırğınların tarixi mövzularına toxunulur.

Yarmarka çərçivəsində yalnız maliyyə vəsaiti deyil, həmçinin geyim və yorğanlar da ianə edilib. Toplanan bu humanitar yardımların isə Bosniya və Herseqovinada ehtiyac sahiblərinə çatdırılması planlaşdırılır.

Məqalədə: #Vyanada Qəzzaya dəstək məqsədilə xeyriyyə yarmarkası keçirilib #Avropadan Qəzzaya humanitar dəstək: Vyanada xeyriyyə təşəbbüsü #Qəzza üçün çadır məktəbi təşəbbüsünə Vyanada dəstək #Avstriyanın paytaxtında Qəzza üçün humanitar yardım aksiyası təşkil olunub #Vyana Qəzza xeyriyyə yarmarkası #Qəzzaya humanitar dəstək #Avstriyada Qəzza üçün yardım #Vyanada Qəzza üçün təşkil olunan xeyriyyə yarmarkası #Avstriyada Qəzza zolağına humanitar dəstək tədbiri #Qəzzada çadır məktəbinin yaradılması üçün ianə aksiyası #Avropada Qəzza ilə bağlı xeyriyyə təşəbbüsləri

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

20:56
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.