7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail Somalilandı müstəqil dövlət kimi tanıdığını elan edib

İsrail Somaliland regionunu müstəqil dövlət kimi tanıdığını açıqlayıb. Bununla da İsrail Somalilandı rəsmi şəkildə tanıyan ilk dövlət olub. Qərar bölgədə siyasi və diplomatik müzakirələrə səbəb olub, Türkiyə tərəfindən isə bu addıma etiraz ifadə edilib. İsrail Baş nazirinin Mətbuat Ofisinin yaydığı yazılı açıqlamada bildirilir ki, tanıma qərarı İsrailin Baş naziri Benyamin Netanyahu, xarici işlər naziri Gideon Saar və Somalilandın rəhbəri Məhəmməd Abdullahi arasında imzalanan sənəd əsasında rəsmiləşdirilib. Açıqlamada tərəflərin tanıma sənədini imzaladıqları videobağlantıya dair görüntülərin də paylaşıldığı qeyd olunub.

27 Dekabr 2025 02:00
İsrail Somalilandı müstəqil dövlət kimi tanıdığını elan edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsrail Somaliland regionunu müstəqil dövlət kimi tanıdığını açıqlayıb. Bununla da İsrail Somalilandı rəsmi şəkildə tanıyan ilk dövlət olub. Qərar bölgədə siyasi və diplomatik müzakirələrə səbəb olub, Türkiyə tərəfindən isə bu addıma etiraz ifadə edilib.

AzerVoice xəbər verir ki, İsrail Baş nazirinin Mətbuat Ofisinin yaydığı yazılı açıqlamada bildirilir ki, tanıma qərarı İsrailin Baş naziri Benyamin Netanyahu, xarici işlər naziri Gideon Saar və Somalilandın rəhbəri Məhəmməd Abdullahi arasında imzalanan sənəd əsasında rəsmiləşdirilib. Açıqlamada tərəflərin tanıma sənədini imzaladıqları videobağlantıya dair görüntülərin də paylaşıldığı qeyd olunub.

Benyamin Netanyahu qərardan məmnunluğunu ifadə edərək, Məhəmməd Abdullahi İsrailə rəsmi səfərə dəvət edib. Eyni zamanda Somalilandın İsrail ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim razılaşmaları”na qoşulmaq niyyətinin ABŞ Prezidenti Donald Trampa çatdırılacağını bildirib.

İsrailin bu addımı Somalilandın beynəlxalq səviyyədə ilk dəfə rəsmi şəkildə tanınması kimi qiymətləndirilir.

Qərardan sonra Türkiyə Xarici İşlər Nazirliyi rəsmi mövqeyini açıqlayıb. Nazirliyin sözçüsü Öncü Keçeli İsrailin Somalilandla bağlı qərarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib. Bildirilib ki, bu qərar İsrail hökumətinin regional və qlobal miqyasda sabitliyi pozan siyasətinin növbəti nümunəsidir və Somali Federativ Respublikasının daxili işlərinə açıq müdaxilə xarakteri daşıyır.

Açıqlamada vurğulanıb ki, Somalilandın statusu ilə bağlı qərarlar yalnız Somali xalqının iradəsini əks etdirən legitim proseslər çərçivəsində qəbul edilməlidir. Türkiyənin Somali xalqının yanında olduğu və ölkənin ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyi qeyd edilib.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran da məsələ ilə bağlı açıqlama verərək, İsrailin Somalilandı tanımasının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirib. Onun sözlərinə görə, bu addım Afrika Buynuzunda mövcud olan həssas balansı daha da zəiflədə və təhlükəsizlik risklərini artıra bilər.

Somaliland 1991-ci ildə Somalidən birtərəfli qaydada ayrıldığını elan etsə də, indiyədək beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Somali hökuməti isə Somalilandı ölkənin ayrılmaz hissəsi hesab edir və regionla bağlı beynəlxalq razılaşmaların yalnız paytaxt Moqadişo tərəfindən bağlana biləcəyini bildirir.

2024-cü il yanvarın 1-də Somaliland və Efiopiya arasında imzalanmış anlaşma memorandumu bölgədə gərginliyi artırmışdı. Efiopiyanın Somaliland vasitəsilə dənizə çıxış əldə etmək planları Somali tərəfindən sərt şəkildə qarşılanmış və diplomatik böhran yaranmışdı.

Gərginliyin azaldılması məqsədilə aparılan beynəlxalq təşəbbüslər nəticəsiz qalsa da, Türkiyənin vasitəçiliyi ilə tərəflər Ankara prosesi çərçivəsində dialoqa cəlb edilib. 11 dekabr tarixində Ankarada keçirilən görüşlərdə Somali ərazi bütövlüyünün tanınması və Efiopiyanın dənizə çıxış məsələsinin qarşılıqlı fayda prinsipi əsasında həlli barədə razılıq əldə olunub.

Məqalədə: #İsrail Somalilandı müstəqil dövlət kimi tanıdı #Türkiyə etiraz etdi #İsrailin Somaliland qərarı Afrika Buynuzunda gərginlik yaradıb #Türkiyə İsrailin Somalilandı tanımasını beynəlxalq hüquqa zidd adlandırdı #Israel Recognizes Somaliland as Independent State #Turkey Reacts #Turkey Condemns Israel’s Recognition of Somaliland #Israel’s Somaliland Decision Raises Tensions in Horn of Africa #Somaliland statusu #Somali ərazi bütövlüyü #Afrika Buynuzu siyasəti #İsrail Afrika siyasəti #ürkiyə Somali münasibətləri #İsrail Somalilandı niyə tanıdı

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

6 Sentyabr 11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.