4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fələstin Dövlətinin Londondakı səfirliyi rəsmi olaraq açılıb

Fələstin Dövlətinin Londondakı Səfirliyi rəsmi olaraq fəaliyyətə başlayıb. Əvvəllər Fələstin missiyası kimi fəaliyyət göstərən diplomatik nümayəndəlik Londonun qərbində, Hammersmith bölgəsində yerləşən binada açılıb. Açılış mərasimində bir sıra xarici diplomatlar, Böyük Britaniyanın diplomatik nümayəndəsi Alistair Harrison, eləcə də Fələstinə dəstək göstərən ictimai fəallar iştirak ediblər.

6 Yanvar 2026 09:41
Fələstin Dövlətinin Londondakı səfirliyi rəsmi olaraq açılıb

BAKI,AzerVoice, Fərid Mikayılov

Fələstin Dövlətinin Londondakı Səfirliyi rəsmi olaraq fəaliyyətə başlayıb.

AzerVoice xəbər verir ki, səfirliyin açılışı Böyük Britaniyanın Fələstin Dövlətini tanımasından təxminən dörd ay sonra baş tutub.

Əvvəllər Fələstin missiyası kimi fəaliyyət göstərən diplomatik nümayəndəlik Londonun qərbində, Hammersmith bölgəsində yerləşən binada açılıb. Açılış mərasimində bir sıra xarici diplomatlar, Böyük Britaniyanın diplomatik nümayəndəsi Alistair Harrison, eləcə də Fələstinə dəstək göstərən ictimai fəallar iştirak ediblər.

Mərasimdə çıxış edən Husam Zomlot, səfirlik binasını “Britaniya torpağında Fələstinin bir parçası” kimi xarakterizə edib. O, bu addımı “sülhün, ləyaqətin, qətiyyətin və Fələstin xalqının ədalət və azadlıq uğrunda davamlı mübarizəsinin simvolu” adlandırıb.

Zomlot səfirliyin açılmasını Britaniya–Fələstin münasibətlərində “tarixi an” və “dərin əhəmiyyətə malik mərhələ” kimi qiymətləndirərək, bunun Fələstin xalqının öz müqəddəratını təyinetmə yolunda mühüm hadisə olduğunu vurğulayıb. O bildirib ki, bu addım həm də Qəzza, İordan çayının qərb sahili və qaçqın düşərgələrində yaşayan fələstinlilər üçün dirəniş və milli kimliyin davamlılığı mesajıdır.

Səfir çıxışında Fələstin xalqının işğalın sona çatdırılması və qanuni hüquqlarının təmin olunması tələbinin beynəlxalq gündəmdə qalmaqda davam etdiyini də qeyd edib.

Xatırladaq ki, Böyük Britaniya hökuməti 20 sentyabr tarixində tarixi qərar qəbul edərək Fələstin Dövlətini müstəqil və suveren dövlət kimi tanıdığını elan edib. Böyük Britaniyanın baş naziri Keir Starmer bu qərarın London–Fələstin münasibətlərində “yeni mərhələnin əsasını qoyacağını” bəyan etmişdi.

Məqalədə: #Fələstin #Böyük Britaniya #London #Fələstin dövlətinin tanınması #Fələstin diplomatiyası #İsrail–Fələstin münaqişəsi #Londonda Fələstin səfirliyi #Böyük Britaniya–Fələstin münasibətləri #Orta Şərq siyasəti #müstəqil Fələstin dövləti #Britaniya xarici siyasəti

Mövzu üzrə digər xəbərlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

21:12
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23

Son Xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.