8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Paris NATO-dan kənar Ukraynaya qoşun göndərilməsini müzakirə edir

Fransa Prezidenti Emmanuel Macron hökumət, hərbi komandanlıq və parlament nümayəndələrinin iştirakı ilə keçirilən qapalı iclasda Ukraynaya müharibədən sonra fransız qoşunlarının yerləşdirilməsi imkanlarını müzakirə edib. Le Monde qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, iclasda prezidentin təklif etdiyi plan əleyhinə ümumilikdə ciddi etiraz səslənməyib. Təxminən üç saat davam edən görüşdə 30-a yaxın şəxs iştirak edib. Onların arasında Fransa hökumətinin üzvləri, Silahlı Qüvvələrin Baş Qərargah rəsmiləri, eləcə də Milli Assambleya və Senat rəhbərliyi yer alıb.

10 Yanvar 2026 21:18
Paris NATO-dan kənar Ukraynaya qoşun göndərilməsini müzakirə edir

BAKI, AzerVoice, Orxan Qədirzadə

Fransa Prezidenti Emmanuel Macron hökumət, hərbi komandanlıq və parlament nümayəndələrinin iştirakı ilə keçirilən qapalı iclasda Ukraynaya müharibədən sonra fransız qoşunlarının yerləşdirilməsi imkanlarını müzakirə edib.

AzerVoice xəbər verir ki, bu barədə Le Monde qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, iclasda prezidentin təklif etdiyi plan əleyhinə ümumilikdə ciddi etiraz səslənməyib. Təxminən üç saat davam edən görüşdə 30-a yaxın şəxs iştirak edib. Onların arasında Fransa hökumətinin üzvləri, Silahlı Qüvvələrin Baş Qərargah rəsmiləri, eləcə də Milli Assambleya və Senat rəhbərliyi yer alıb.

Müzakirələr zamanı bəzi iştirakçılar NATO-dan kənar formatda yaradılacaq “istəklilər koalisiyası”nı mümkün alternativ kimi qiymətləndirib. Bununla yanaşı, ABŞ administrasiyasının Rusiya tərəfindən mümkün sülh razılaşmasının pozulacağı halda müdaxilə edib-etməyəcəyi ilə bağlı şübhələr də səsləndirilib.

Parlamentin müdafiə komitəsinin üzvlərindən biri bildirib ki, Makron ABŞ-dan təhlükəsizlik zəmanətləri aldığını desə də, Vaşinqtonun mövqeyinə ehtiyatla yanaşmaq lazımdır.

Mənbələrin məlumatına görə, Fransa prezidenti vurğulayıb ki, beynəlxalq qüvvələr yerləşdiriləcəyi təqdirdə birbaşa cəbhə xəttindən uzaqda olacaq və əsas məqsəd Ukrayna ordusuna dəstək verməkdən ibarət olacaq.

Müxalifət partiyalarının nümayəndələri isə qoşun göndərilməsi üçün əlavə şərtlər irəli sürüblər. “Tabe Olmayan Fransa” fraksiyasının lideri Matilda Pano fransız hərbçilərinin göndərilməsi üçün BMT mandatının vacibliyini bildirib. Kommunist Partiyasının rəhbəri Fabien Russel isə BMT himayəsi altında sülhməramlı missiyanın yaradılmasını dəstəkləyərək zorakılığın yenidən alovlanması riskinə diqqət çəkib.

“Milli Birlik” Partiyasının lideri Marine Le Pen də fransız kontingentinin yalnız BMT çərçivəsində yerləşdirilməsini məqbul saydığını açıqlayıb.

Britaniya–Fransa planı

Xatırladaq ki, yanvarın 8-də The Times qəzeti mənbələrə istinadən Böyük Britaniya və Fransanın sülh razılaşması əldə olunacağı halda Ukraynaya 15 minə qədər hərbçi göndərmək barədə razılığa gəldiyini yazmışdı. Nəşrin məlumatına görə, bu qüvvələrin yarısının Fransadan, yarısının isə Böyük Britaniyadan olacağı nəzərdə tutulur.

Eyni zamanda qeyd olunur ki, hələlik yalnız iki ölkə bu missiyada iştiraka hazır olduğunu bildirib ki, bu da ilkin gözləntilərdən xeyli azdır. Almaniya isə Ukrayna sərhədlərinə yaxın ərazilərdə, o cümlədən Polşa və ya Rumıniyada qüvvə yerləşdirilməsi variantını nəzərdən keçirir.

Paris Ukraine troop deployment, France NATO alternative Ukraine, Macron security guarantees Ukraine, coalition of willing European forces, post-war Ukraine military presence

Məqalədə: #Paris #Paris Ukraynaya NATO-dan kənar qoşun göndərilməsini müzakirə edir #Makron müharibədən sonra Ukraynaya fransız hərbçilərinin yerləşdirilməsini gündəmə gətirdi #Fransa Ukrayna üçün istəklilər koalisiyası variantını nəzərdən keçirir #Paris Vaşinqtonun təhlükəsizlik zəmanətlərinə şübhə ilə yanaşır #Fransa və Britaniya Ukraynaya qoşun göndərmək planını müzakirə edir #NATO dışı Ukrayna’ya asker gönderilmesini tartışıyor #Macron Ukrayna için Fransız askeri seçeneğini gündeme aldı #Fransa’dan Ukrayna’ya istekliler koalisyonu mesajı #Paris’te ABD’nin güvenlik garantilerine şüphe #Fransa ve İngiltere Ukrayna misyonunu görüşüyor

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.