7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ İran neftini daşıyan gəmilərə və şirkətlərə sanksiyalar tətbiq edib

ABŞ administrasiyası İranda etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsini əsas gətirərək Tehranla əlaqəli bir sıra gəmiləri və şirkətləri sanksiya siyahısına daxil etdiyini açıqlayıb. ABŞ Dövlət Departamentinin yazılı bəyanatında bildirilib ki, bu addım İran hakimiyyətinin etirazçılara qarşı təzyiq mexanizmlərini maliyyələşdirmək üçün istifadə etdiyi maliyyə axınlarının kəsilməsi məqsədi daşıyır. Açıqlamaya əsasən, Hindistan, Oman və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla müxtəlif ölkələrdə yerləşən 9 gəmi və onlarla əlaqəli 8 şirkət yüz milyonlarla dollar dəyərində İran nefti və neft məhsullarının xarici bazarlara daşınmasında iştirak edib.

23 Yanvar 2026 21:58
ABŞ İran neftini daşıyan gəmilərə və şirkətlərə sanksiyalar tətbiq edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ administrasiyası İranda etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsini əsas gətirərək Tehranla əlaqəli bir sıra gəmiləri və şirkətləri sanksiya siyahısına daxil etdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, ABŞ Dövlət Departamentinin yazılı bəyanatında bildirilib ki, bu addım İran hakimiyyətinin etirazçılara qarşı təzyiq mexanizmlərini maliyyələşdirmək üçün istifadə etdiyi maliyyə axınlarının kəsilməsi məqsədi daşıyır. Açıqlamaya əsasən, Hindistan, Oman və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla müxtəlif ölkələrdə yerləşən 9 gəmi və onlarla əlaqəli 8 şirkət yüz milyonlarla dollar dəyərində İran nefti və neft məhsullarının xarici bazarlara daşınmasında iştirak edib.

Qeyd olunub ki, sözügedən gəmilər və şirkətlər sanksiya siyahısına salınmaqla İran rəhbərliyinə təzyiq artırılır. ABŞ Maliyyə Nazirliyi də ayrıca bəyanat yayaraq, yeni sanksiyaların əsas səbəbi kimi Tehran hakimiyyətinin dinc etirazçılara qarşı zorakılığı və bu prosesi gizlətmək üçün internetin kəsilməsini göstərib.

Bu qərar ABŞ Prezidenti Donald Trampın son açıqlamaları fonunda verilib. Tramp daha əvvəl bildirmişdi ki, ABŞ donanmasının bir hissəsi region istiqamətində hərəkət edir. O, “Hər ehtimala qarşı həmin istiqamətə gedən çox sayda gəmimiz var, böyük bir donanmamız mövcuddur. Hadisələri yaxından izləyirik” deyə vurğulamışdı.

ABŞ rəsmiləri qeyd edirlər ki, Vaşinqton İranda insan haqlarının pozulması ilə bağlı mövqeyini sərtləşdirəcək və Tehran üzərində siyasi-iqtisadi təzyiqləri davam etdirəcək.

Məqalədə: #ABŞ İrana qarşı yeni neft sanksiyaları tətbiq etdi #Vaşinqton İranla əlaqəli gəmiləri sanksiya siyahısına saldı #ABŞ etirazçılara görə Tehrana təzyiqi artırır #İran neftini daşıyan gəmilər ABŞ-ın hədəfində #Trampın açıqlamasından sonra İrana yeni sanksiyalar #ABŞ İranda etirazların yatırılmasına görə addım atdı #ABD’den İran’a yeni petrol yaptırımları #Washington İran bağlantılı gemileri hedef aldı #ABD protestolar gerekçesiyle İran’a baskıyı artırdı #İran petrolü taşıyan gemilere yaptırım kararı #Trump’ın açıklamasının ardından İran’a yeni adım #ABD’den Tahran yönetimine sert yaptırım

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

6 Sentyabr 11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.