7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Putin və Buşun gizli telefon danışıqları yayımlanıb: “Əmrinizə tabeyəm”

2000-ci illərin əvvəllərində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Corc Buş arasında baş tutmuş telefon danışıqlarının mətnləri ictimaiyyətə açıqlanıb və iki lider arasında o dövrdə formalaşan yaxın siyasi dialoqu üzə çıxarıb. London mərkəzli Səudiyyə nəşri Majalla 2001–2003-cü illəri əhatə edən telefon danışıqlarının sənədlərini yayımlayıb. Sənədlərə əsasən, 11 sentyabr terror hücumlarından dərhal sonra Buşla əlaqə saxlayan ilk xarici liderlərdən biri Vladimir Putin olub və Moskva Vaşinqtonun terrorizmə qarşı mübarizəsinə açıq dəstək nümayiş etdirib.

24 Yanvar 2026 19:49
Putin və Buşun gizli telefon danışıqları yayımlanıb: “Əmrinizə tabeyəm”
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

2000-ci illərin əvvəllərində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Corc Buş arasında baş tutmuş telefon danışıqlarının mətnləri ictimaiyyətə açıqlanıb və iki lider arasında o dövrdə formalaşan yaxın siyasi dialoqu üzə çıxarıb.

AzerVoice xəbər verir ki, London mərkəzli Səudiyyə nəşri Majalla 2001–2003-cü illəri əhatə edən telefon danışıqlarının sənədlərini yayımlayıb. Sənədlərə əsasən, 11 sentyabr terror hücumlarından dərhal sonra Buşla əlaqə saxlayan ilk xarici liderlərdən biri Vladimir Putin olub və Moskva Vaşinqtonun terrorizmə qarşı mübarizəsinə açıq dəstək nümayiş etdirib.

Yayımlanan materiallarda Putinin Çeçenistan və Gürcüstandakı hərbi əməliyyatları da terrorizmə qarşı mübarizə kontekstində təqdim etməyə çalışdığı bildirilir. 12 sentyabr 2001-ci il tarixli telefon danışığında Corc Buş Putinə dəstəyə görə təşəkkür edib. Putin isə cavabında “Tamamilə yanınızdayam, əmrinizə tabeyəm” ifadəsini işlədib.

Sənədlərə görə, Putin ABŞ rəhbərliyinə Rusiyanın həmrəyliyini göstərmək məqsədilə ölkə üzrə matəm tədbirləri keçirildiyini, bayraqların endirildiyini və əyləncə tədbirlərinin dayandırıldığını da bildirib. Danışıqlarda Moskvanın Vaşinqtondan əsas tələbləri sırasında Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsindən imtina, hərbi-texniki sahədə anlaşmalar, kəşfiyyat əməkdaşlığının dərinləşdirilməsi və terrorizmə qarşı birgə fəaliyyət yer alıb.

Majalla-nın yayımladığı digər sənədlərdə 2003-cü ilin martında, İraqın işğalından bir gün əvvəl keçirilmiş telefon danışığına da yer verilir. Həmin danışıqda Vladimir Putinin ABŞ-ın İraqa müdaxiləsinə kəskin etiraz etdiyi, bunu beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirdiyi qeyd olunur. Buna baxmayaraq, işğaldan sonra Moskvanın Səddam Hüseyn rejiminə açıq dəstək vermədiyi vurğulanır.

Materiallarda bildirilir ki, 11 sentyabr hadisələrindən sonra Rusiya–ABŞ münasibətləri qısa müddətdə xeyli yaxınlaşıb və dialoq daha qeyri-rəsmi xarakter alıb. Lakin Vaşinqtonun Moskvanın əsas tələblərinə cavab verməməsi sonradan tərəflər arasında etimadın zəifləməsinə səbəb olub.

Məqalədə: #Putin və Buşun gizli danışıqları ilk dəfə üzə çıxdı #11 sentyabrdan sonra Moskva–Vaşinqton yaxınlaşması #Putin Buşa: Tamamilə yanınızdayam #ABŞ–Rusiya münasibətlərinin pərdəarxası detalları #İraq müharibəsi öncəsi Putin–Buş dialoqu #Majalla Putin və Buşun telefon sənədlərini yayımladı #Putin ve Bush’un gizli telefon görüşmeleri ortaya çıktı #11 Eylül sonrası ABD–Rusya yakınlaşması #Putin’den Bush’a dikkat çeken destek mesajı #Irak işgali öncesi kritik Putin–Bush konuşması #ABD–Rusya ilişkilerinin perde arkası #Majalla’dan çarpıcı telefon belgeleri

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

6 Sentyabr 11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.