7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp iqlim dəyişikliyi ilə mübarizədən imtina etdi

ABŞ-ın Paris İqlim Sazişindən çıxmaqla bağlı qərarı 27 yanvar tarixindən etibarən rəsmi qüvvəyə minib. Birləşmiş Ştatların Paris İqlim Sazişindən çıxışı barədə qərar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi tərəfindən təsdiqlənib. Qərar ABŞ-ın BMT-yə rəsmi bildiriş təqdim etməsindən bir il sonra qüvvəyə minib. Prezident Donald Tramp müvafiq sərəncamı 2025-ci ilin yanvarında – andiçmə günündə imzalayıb.

27 Yanvar 2026 14:49
Tramp iqlim dəyişikliyi ilə mübarizədən imtina etdi
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ-ın Paris İqlim Sazişindən çıxmaqla bağlı qərarı 27 yanvar tarixindən etibarən rəsmi qüvvəyə minib.

AzerVoice xəbər verir ki, Birləşmiş Ştatların Paris İqlim Sazişindən çıxışı barədə qərar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi tərəfindən təsdiqlənib. Qərar ABŞ-ın BMT-yə rəsmi bildiriş təqdim etməsindən bir il sonra qüvvəyə minib. Prezident Donald Tramp müvafiq sərəncamı 2025-ci ilin yanvarında – andiçmə günündə imzalayıb.

Paris İqlim Sazişi qlobal istiləşmənin məhdudlaşdırılması və iqlim dəyişikliyinin ən dağıdıcı nəticələrinin qarşısının alınmasını hədəfləyir. ABŞ-ın sazişdən çıxması ölkənin istixana qazı emissiyalarının azaldılması üzrə öhdəliklərdən imtinası anlamına gəlir. Bununla yanaşı, ABŞ nümayəndə heyəti beynəlxalq iqlim konfranslarında iştirakını dayandırır.

Qərarın nəticəsi olaraq iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində ən yoxsul ölkələrə göstərilən maliyyə yardımının kəskin azalacağı bildirilir. Hazırda ABŞ Çindən sonra dünyada istixana qazlarının ikinci ən böyük mənbəyi hesab olunur. BMT-nin qiymətləndirmələrinə görə, mövcud iqlim siyasəti davam edərsə, əsrin sonuna qədər Yer kürəsində orta temperatur sənaye öncəsi dövrlə müqayisədə 2,8 dərəcə yüksələcək. ABŞ-ın sazişdən çıxması bu göstəricini əlavə olaraq təxminən 0,1 dərəcə artıra bilər.

Tramp administrasiyasının qərarı ekoloji təşkilatlar tərəfindən sərt tənqid olunub. “Greenpeace Deutschland” təşkilatının rəhbəri Martin Kayzer bu addımı beynəlxalq hüquqi nizam üçün “geosiyasi yanğın” adlandırıb və ABŞ-ın iqlim siyasətinin neft-qaz sənayesinin maraqlarına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Avropa iqlim siyasətini davam etdirmək üçün yeni ittifaqlar formalaşdırmalıdır.

Qeyd edək ki, bu, Donald Trampın prezidentliyi dövründə ABŞ-ın Paris İqlim Sazişindən ikinci çıxışıdır. Trampın ilk prezidentlik müddətində də ABŞ sazişi tərk etmiş, sonradan Cozef Bayden administrasiyası ölkəni yenidən razılaşmaya qaytarmışdı. Bundan əlavə, Tramp administrasiyası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından və Hökumətlərarası İqlim Dəyişikliyi üzrə Ekspertlər Qrupundan çıxmaq niyyətini də açıqlayıb.

Tramp iqlim siyasəti, ABŞ Paris İqlim Sazişi, qlobal istiləşmə, iqlim dəyişikliyi, istixana qazları, ABŞ emissiyaları, BMT iqlim konvensiyası, Donald Tramp qərarı, ekoloji siyasət, beynəlxalq iqlim razılaşmaları, US climate withdrawal, Paris Agreement exit, global warming policy, greenhouse gas emissions, climate change politics, خروج آمریکا از توافق اقلیمی, تغییرات اقلیمی, политика климата США, Парижское соглашение, климатическая политика, 全球变暖, 美国 气候 政策, 气候变化, 미국 기후 정책, 파리 협정 탈퇴, 気候変動 政策

Məqalədə: #Tramp ABŞ-ı Paris İqlim Sazişindən çıxardı #ABŞ iqlim öhdəliklərindən imtina etdi #Tramp administrasiyası iqlim siyasətini dayandırdı #Paris Sazişi ABŞ üçün artıq qüvvədə deyil #ABŞ-ın qərarı qlobal iqlim siyasətini sarsıdır #Trampdan iqlim dəyişikliyinə qarşı sərt addım #Trump ABD’yi Paris İklim Anlaşması’ndan çıkardı #ABD iklim taahhütlerini askıya aldı #Trump yönetimi iklim politikasından vazgeçti #Paris Anlaşması ABD için sona erdi #ABD’nin kararı küresel iklimi etkiliyor #Trump’tan çevre politikalarında geri adım

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

6 Sentyabr 11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.