12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə məsələsi üzrə danışıqların yenidən başlanması barədə rəsmi göstəriş verib. Tasnim agentliyinə danışan mənbələr isə danışıqların böyük ehtimalla İran xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff səviyyəsində aparılacağını qeyd edib.

2 Fevral 2026 16:53
İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə məsələsi üzrə danışıqların yenidən başlanması barədə rəsmi göstəriş verib.

AzerVoice xəbər verir ki, Tehran mərkəzli SNN agentliyi Pezeşkianın ABŞ tərəfi ilə nüvə mövzusunda müzakirələrin bərpasına dair tapşırıq verdiyini bildirib.

Tasnim agentliyinə danışan mənbələr isə danışıqların böyük ehtimalla İran xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff səviyyəsində aparılacağını qeyd edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi açıqlamasında bildirib ki, sanksiyaların ləğvi və milli maraqların təmin edilməsi kontekstində ABŞ ilə mümkün danışıqların formatı diqqətlə qiymətləndirilir. Onun sözlərinə görə, Tehran diplomatik prosesdə ehtiyatlı və zamana həssas yanaşma sərgiləyəcək.

ABŞ mətbuatının yazdığına görə, xüsusilə Axios Donald Tramp administrasiyasının bu həftə ərzində danışıqlara açıq olduğunu bildirib. Bu addım 2025-ci ilin iyununda İsrailin İranın nüvə obyektlərinə hücumlarından sonra yaranmış gərginlik fonunda ilk ciddi diplomatik təşəbbüs kimi qiymətləndirilir.

Qeyd edək ki, Tehran və Vaşinqton 2025-ci ildə baş verən hərbi qarşıdurmalardan əvvəl Maskat vasitəçiliyi ilə beş raund dolayısı danışıqlar aparmışdı. Altıncı raundun keçirilməsi planlaşdırılsa da, regionda eskalasiya və ABŞ-ın İranın nüvə proqramına dair mövqeyi səbəbindən bu görüş ləğv edilmişdi.

İran tərəfi etimadın bərpası üçün ABŞ və Avropa ölkələrini “səmimi mövqe” nümayiş etdirməyə və maksimalist tələblərdən geri çəkilməyə çağırır.

Məqalədə: #İran #ABŞ #Donald Tramp #Tehran #Vaşinqton #Məsud Pezeşkian #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması #İran-ABŞ qarşıdurması

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

20:43

Son Xəbərlər

İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
21:00
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
20:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.