7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ İran pilotsuz aparatını vurub

Hörmüz boğazı və Oman dənizi ətrafında ABŞ–İran gərginliyi təhlükəli mərhələyə keçib.ABŞ mediasının məlumatına görə, bu gün səhər saatlarında 50 kalibrli silahlarla təchiz olunmuş 6 İran hücum qayığı Hörmüz boğazında ABŞ-a məxsus neft tankerinə yaxınlaşaraq gəmiyə dayanmaq əmri verib. Bildirilir ki, qayıqlar tankerin mühərriklərini söndürməsini və göyərtəyə çıxış üçün hazırlaşmasını tələb edib. Tanker sürətini artıraraq ərazidən uzaqlaşıb və sonradan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin müşayiəti ilə yoluna davam edib.

3 Fevral 2026 23:06
ABŞ İran pilotsuz aparatını vurub
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Hörmüz boğazı və Oman dənizi ətrafında ABŞ–İran gərginliyi təhlükəli mərhələyə keçib.

AzerVoice xəbər verir ki, ABŞ mediasının məlumatına görə, bu gün səhər saatlarında 50 kalibrli silahlarla təchiz olunmuş 6 İran hücum qayığı Hörmüz boğazında ABŞ-a məxsus neft tankerinə yaxınlaşaraq gəmiyə dayanmaq əmri verib. Bildirilir ki, qayıqlar tankerin mühərriklərini söndürməsini və göyərtəyə çıxış üçün hazırlaşmasını tələb edib. Tanker sürətini artıraraq ərazidən uzaqlaşıb və sonradan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin müşayiəti ilə yoluna davam edib.

Eyni zamanda ABŞ tərəfi Oman dənizində baş verən başqa bir insident barədə də məlumat yayıb. Reuters agentliyinin xəbərinə görə, ABŞ-ın “USS Abraham Lincoln” aviadaşıyıcısına yaxınlaşan İran Silahlı Qüvvələrinə məxsus “Şəhid-139” tipli pilotsuz uçuş aparatı ABŞ Hərbi Hava Qüvvələrinin F-35 döyüş təyyarəsi tərəfindən vurulub.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının sözçüsü Tim Hovkins bildirib ki, aviadaşıyıcıdan havaya qalxan F-35C təyyarəsi özünü müdafiə məqsədilə pilotsuz aparatı zərərsizləşdirib və bu addım gəminin və heyətin təhlükəsizliyini təmin etmək üçün atılıb. İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd olunur ki, insident İran İnqilab Keşikçilərinin Hörmüz boğazı ətrafında keçirdiyi hərbi təlimlər və ABŞ aviadaşıyıcı qruplaşmasının bölgədə mövcudluğu fonunda baş verib. Hadisənin İranın strateji təhlükəsizlik zonasına yaxın ərazidə qeydə alınması bölgədə hərbi fəallığı maksimum səviyyəyə yüksəldib.

Bundan əvvəl İran İnqilab Keşikçiləri Ordusunun komandan müavini Əhməd Vahidi ABŞ donanmasının bölgədəki mövcudluğunu “psixoloji əməliyyat” kimi qiymətləndirmiş və İran silahlı qüvvələrinin bütün xarici hərəkətləri tam nəzarət altında saxladığını bildirmişdi.

Məqalədə: #ABD #ABŞ: İran Hörmüz boğazında tankerə dayanma əmri verib #Hörmüz boğazında gərginlik: İran qayıqları ABŞ tankerinə yaxınlaşıb #ABŞ–İran qarşıdurması dənizdə təhlükəli mərhələyə keçdi #ABŞ aviadaşıyıcısına yaxınlaşan İran pilotsuz aparatı məhv edildi #Hörmüz və Oman dənizində paralel hərbi insidentlər #ABD: İran Hürmüz Boğazı’nda tankere dur emri verdi #Umman Denizi’nde İran İHA’sını düşürdü #Hürmüz Boğazı’nda tehlikeli gerilim #ABD–İran deniz krizinde yeni gelişme #ABD savaş uçağı İran drone’unu vurdu #İran botları ABD tankerini durdurmak istedi

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

6 Sentyabr 11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
Trampdan Omana şok təhdid - Mane olsanız, bombalayacağıq
Oman

Trampdan Omana şok təhdid - Mane olsanız, bombalayacağıq

17 Avqust 22:06

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.