6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çin 2027-ci ildə Tayvana hücum planlaşdırmır - ABŞ kəşfiyyatı

ABŞ kəşfiyyat icmasının 2026-cı il üzrə illik təhdid qiymətləndirməsinə əsasən, Çin Tayvan üzərində nəzarəti ələ keçirmək niyyətini qorusa da, 2027-ci ildə hərbi müdaxilə planlaşdırmır və bu istiqamətdə konkret zaman qrafiki müəyyən etməyib.

19 Mart 2026 10:53
Çin 2027-ci ildə Tayvana hücum planlaşdırmır - ABŞ kəşfiyyatı

BAKI,VOA, Fərid Mikayılov

ABŞ kəşfiyyat icmasının 2026-cı il üzrə illik təhdid qiymətləndirməsinə əsasən, Çin Tayvan üzərində nəzarəti ələ keçirmək niyyətini qorusa da, 2027-ci ildə hərbi müdaxilə planlaşdırmır və bu istiqamətdə konkret zaman qrafiki müəyyən etməyib.

VOA xəbər verir ki, Pekin Tayvanla birləşməyə nail olmaq üçün ilk növbədə hərbi olmayan yolları üstün tutur.

Çin rəhbərliyi mümkün qərarlarında Çin Xalq Azadlıq Ordusunun hazırlıq səviyyəsini, Tayvandakı siyasi vəziyyəti və ABŞ-ın müdaxilə ehtimalını nəzərə alacaq.

Qeyd edilir ki, Çin ordusu son illərdə Tayvan ətrafında hərbi təlimlərin miqyasını və intensivliyini artırsa da, bu proses qeyri-bərabər inkişaf edir və ciddi risklər hələ də qalmaqdadır.

Hesabatda vurğulanır ki, Tayvana qarşı mümkün hərbi əməliyyat qlobal iqtisadiyyata da ciddi təsir göstərə bilər. Belə ki, Tayvan yarımkeçiricilər istehsalında dünya liderlərindən biridir və qlobal ticarətin mühüm hissəsi Tayvan boğazından keçir.

ABŞ tərəfi bildirir ki, hətta Vaşinqtonun birbaşa iştirakı olmadan belə, belə bir münaqişə texnologiya təchizat zəncirlərində pozuntulara və beynəlxalq bazarlarda qeyri-müəyyənliyə səbəb ola bilər.

Ekspertlər də hesab edir ki, Çin rəhbərliyinin Tayvanla birləşmə üçün konkret zaman planı yoxdur və bu məqsədə mümkün qədər güc tətbiq etmədən nail olmağa üstünlük verilir.

Məqalədə: #Çin #Tayvan #Çin və Tayvan münasibətləri #Pekin #ABŞ kəşfiyyat strategiyası #Çin Xalq Azadlıq Ordusu #ABŞ kəşfiyyatı

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.