5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma-ArabAZ
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışına razılıq verdi

ABŞ Prezidenti Donald Tramp şənbə günü bəyan edib ki, Birləşmiş Ştatlar ilk dəfə olaraq Səudiyyə Ərəbistanı Krallığını beşinci nəsil F-35 qırıcı təyyarələri ilə təmin edəcək.

28 Mart 2026 11:18
Baku
ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışına razılıq verdi

BAKI,VOA

ABŞ Prezidenti Donald Tramp şənbə günü bəyan edib ki, Birləşmiş Ştatlar ilk dəfə olaraq Səudiyyə Ərəbistanı Krallığını beşinci nəsil F-35 qırıcı təyyarələri ilə təmin edəcək.

VOA xəbər verir ki, Mayamidə keçirilən investisiya forumunda çıxış edən Tramp "Biz ilk dəfə olaraq Krallığın NATO-dan kənar əsas müttəfiq olduğunu elan etdik və ilk dəfə olaraq F-35-lərin Səudiyyə Ərəbistanına satılmasına razılıq verdik. F-35 təyyarələri möhtəşəmdir və biz onları çox münasib qiymətə satırıq".-deyə bildirib.

Bu elan Trampın 2025-ci ilin noyabrında, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Ağ Evdə qəbul etməyə hazırlaşdığı vaxt verdiyi bəyanatların davamıdır. Noyabrın 18-də vəliəhd şahzadəni Ağ Evdə qəbul edən Tramp bu mövqeyini bir daha təsdiqləmişdi.
ABŞ mediasının hesabatlarına görə, bu sövdələşmə müəyyən çətinliklərlə, xüsusən də İsrailin bu satışa razılıq verməməsi ilə üzləşə bilər. Lakin Trampın bugünkü elanı, ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin ardıcıl 28-ci günündə regionda hərbi eskalasiyanın davam etdiyi bir vaxtda sazişin icrasında qərarlı olduğunu təsdiqləyir.
Qeyd edək ki, F-35 qırıcıları dünyanın en müasir döyüş təyyarələri hesab olunur və ixracı ciddi nəzarət altında olan qabaqcıl texnoloji imkanlara malikdir. Vaşinqtonun bu satışa razılıq verməsi, NATO-dan kənar əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi çərçivəsində atılan strateji addımdır.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Donald Tramp #Məhəmməd bin Salman #F-35 #VOA Azərbaycan #2026 müharibəsi #ABŞ hərbi satışı #İsrailin etirazı #NATO-dan kənar müttəfiq #beşinci nəsil qırıcılar

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

20:37
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

18:03
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib

13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb

13:33

Son Xəbərlər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.