11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsveç Baltik dənizində Suriya bayrağı daşıyan tankeri niyə saxladı?

İsveç Baltik dənizində Suriya bayrağı altında üzən tankeri saxlayıb və araşdırmalara başlayıb. Bu barədə İsveç sahil mühafizəsi məlumat yayıb. Bildirilir ki, “Jin Hui” adlı gəmi ölkənin cənubunda yerləşən Trelleborg yaxınlığındakı ərazi sularında saxlanılıb.

4 May 2026 10:07
İsveç Baltik dənizində Suriya bayrağı daşıyan tankeri niyə saxladı?

BAKI,VOA Orxan Qədirzadə

İsveç Baltik dənizində Suriya bayrağı altında üzən tankeri saxlayıb və araşdırmalara başlayıb.

VOA xəbər verir ki, bu barədə İsveç sahil mühafizəsi məlumat yayıb. Bildirilir ki, “Jin Hui” adlı gəmi ölkənin cənubunda yerləşən Trelleborg yaxınlığındakı ərazi sularında saxlanılıb.

Qeyd olunur ki, sahil mühafizəsi əməkdaşları polis ilə birlikdə gəmiyə qalxaraq onun texniki vəziyyəti ilə bağlı ilkin araşdırmalara başlayıb. Araşdırma gəminin üzməyə yararsız olması ehtimalı əsasında aparılır.

İsveç tərəfi tankerin saxta bayraq altında üzməsi ehtimalını da istisna etmir. Bildirilir ki, gəmi beynəlxalq qaydalar və standartlara uyğun üzmə tələblərinə cavab vermir.

Məlumata əsasən, istiqaməti bəlli olmayan və ehtimal ki, yük daşımayan tanker bir sıra sanksiya siyahılarına, o cümlədən Avropa İttifaqı və Böyük Britaniya tərəfindən tətbiq edilən məhdudiyyətlərə daxil edilib.

İsveçin mülki müdafiə naziri Karl-Oskar Bohlin bildirib ki, sözügedən gəminin “kölgə donanması” adlandırılan və Rusiya ilə əlaqələndirilən sistemin bir hissəsi olduğu ehtimal edilir.

Qeyd edək ki, Avropa ölkələri son aylarda Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı maliyyə axınlarını məhdudlaşdırmaq məqsədilə “kölgə donanması”na qarşı nəzarəti gücləndirib.

Rusiya isə bu addımları tənqid edərək onları düşmən mövqe kimi qiymətləndirib.

Məqalədə: #İsveç tanker Baltik dənizi #Suriya bayrağı gəmi saxlanıldı #Jin Hui gəmi araşdırma #kölgə donanması Rusiya #Avropa İttifaqı sanksiyalar #Ukrayna müharibəsi maliyyə axınları

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.