7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəddafinin pulları Sarkozinin siyasi karyerasını bitirə bilərmi?

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin 2007-ci il prezident seçki kampaniyasının Liviyadan qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı iş üzrə apellyasiya məhkəməsində yekun müdafiə çıxışlarına başlanılıb.

11 May 2026 16:43
Qəddafinin pulları Sarkozinin siyasi karyerasını bitirə bilərmi?

BAKI,VOA Orxan Qədirzadə

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin 2007-ci il prezident seçki kampaniyasının Liviyadan qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı iş üzrə apellyasiya məhkəməsində yekun müdafiə çıxışlarına başlanılıb.

VOA xəbər verir ki, iş üzrə məhkəmə prosesi təxminən iki aydır davam edir və yaxın günlərdə prokurorluğun yekun cəza tələblərini açıqlayacağı gözlənilir.

Nikola Sarkozi daha əvvəl bu iş üzrə təqsirli bilinərək 5 il həbs cəzasına məhkum edilmişdi. Ona qarşı dərhal həbs qərarı çıxarılsa da, sonradan apellyasiya prosesi müddətində məhkəmə nəzarəti altında azadlığa buraxılmışdı.

Fransa prokurorluğu əvvəlki prosesdə Sarkozi üçün 7 il həbs, 300 min avro cərimə və 5 il dövlət vəzifəsi tutmaq qadağası tələb etmişdi. Keçmiş prezident korrupsiya, qeyri-qanuni seçki maliyyələşməsi, dövlət vəsaitlərinin qanunsuz istifadəsi və cinayət sövdələşməsi ittihamları ilə üzləşir.

İttihama əsasən, Sarkozi keçmiş daxili işlər naziri Bris Ortefö və Yelisey Sarayının sabiq baş katibi Klod Gean ilə birlikdə Liviya rəhbərliyi ilə gizli maliyyə razılaşması əldə edib. İddialara görə, bu sxemdə Fransa-Livan əsilli vasitəçi Ziyad Təkiəddinin hesablarından istifadə olunub.

İş üzrə ən diqqətçəkən məqamlardan biri də Liviyanın keçmiş təhlükəsizlik rəsmisi Abdullah Sənusinin hüquqi statusu ilə bağlıdır. Fransa məhkəməsi onu 1989-cu ildə Almaniyanın UTA aviaşirkətinə məxsus təyyarənin partladılması ilə bağlı qiyabi şəkildə ömürlük həbsə məhkum etmişdi. Həmin terror aktında 170 nəfər, o cümlədən 54 Fransa vətəndaşı həlak olmuşdu.

Apellyasiya prosesində müdafiə tərəfi daxilində parçalanmaların yarandığı bildirilir. Sarkozi məhkəmə zamanı bir neçə dəfə keçmiş yaxın silahdaşı Klod Geanın etibarlılığını sual altına alıb. Sağlamlıq problemlərinə görə məhkəməyə qatıla bilməyən Gean isə məhkəməyə göndərdiyi məktublarda Sarkozinin bəzi ifadələri ilə ziddiyyət təşkil edən məlumatlar təqdim edib.

Geanın sözlərinə görə, 2007-ci ildə Tripolidə keçirilən şam yeməyi zamanı Liviya lideri Müəmmər Qəddafi Abdullah Sənusi məsələsini yenidən gündəmə gətirib və Sarkozi bu mövzuya xüsusi diqqət yetirib. Bu açıqlama müdafiə tərəfinin mövqeyini zəiflədən yeni detal kimi qiymətləndirilir.

Sarkozinin vəkilləri isə ittihamları zəiflətmək üçün yeni maliyyə sənədləri təqdim ediblər. Müdafiə tərəfi iddia edir ki, sənədlər Ziyad Təkiəddin ilə Sənusi ailəsi arasında rüşvət sxemini ortaya çıxarır və bunun Sarkozinin seçki kampaniyasına aidiyyəti yoxdur.

Məhkəmənin yaxın həftələrdə yekun qərarını açıqlaması gözlənilir. Bu proses Fransa siyasi tarixinin ən qalmaqallı korrupsiya işlərindən biri kimi qiymətləndirilir.

Məqalədə: #Müəmmər Qəddafi #Yelisey sarayı #Nikola Sarkozi #Fransa məhkəməsi #Liviya maliyyəsi qalmaqalı #Sarkozi korrupsiya işi #Fransa seçki maliyyələşməsi #Ziyad Təkiəddin #Abdullah Sənusi #Fransa siyasi qalmaqalı

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

21:41
1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?
Tarixdə bu gün

1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

1 Sentyabr 03:00
Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi
Tarixdə bu gün

Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

1 Sentyabr 02:00
Sarkozi həbsxana xatirələrindən kitab yazıb
Digər Xəbərlər

Sarkozi həbsxana xatirələrindən kitab yazıb

22 Noyabr 2025 13:08

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.