4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kolumbiyanın yeni prezidenti silahlı qruplara qarşı sərt mövqe mesajı verərək vəzifəsinin icrasına başlayıb

Kolumbiyanın yeni prezidenti, mühafizəkar Abelardo de la Espriella paytaxt Boqotada deyil, ölkənin cənub-qərbində yerləşən Kali şəhərində keçirilən mərasimdə and içərək vəzifəsinin icrasına başlayıb. 48 yaşlı de la Espriella iyunun 21-də keçirilən prezident seçkilərinin ikinci turunda sabiq prezident Qustavo Petronun müttəfiqi, senator İvan Cepedaya qalib gəlib. Hüquqşünas və iş adamı olan yeni prezident daha əvvəl dövlət vəzifəsində çalışmayıb.

8 Avqust 2026 14:32
Kolumbiyanın yeni prezidenti silahlı qruplara qarşı sərt mövqe mesajı verərək vəzifəsinin icrasına başlayıb

BAKI,VOA Orxan Qədirzadə

Kolumbiyanın yeni prezidenti, mühafizəkar Abelardo de la Espriella paytaxt Boqotada deyil, ölkənin cənub-qərbində yerləşən Kali şəhərində keçirilən mərasimdə and içərək vəzifəsinin icrasına başlayıb.

48 yaşlı de la Espriella iyunun 21-də keçirilən prezident seçkilərinin ikinci turunda sabiq prezident Qustavo Petronun müttəfiqi, senator İvan Cepedaya qalib gəlib. Hüquqşünas və iş adamı olan yeni prezident daha əvvəl dövlət vəzifəsində çalışmayıb.

Onun andiçmə mərasiminin ənənədən fərqli olaraq Kali şəhərində keçirilməsi regionda fəaliyyət göstərən qanunsuz silahlı qruplara qarşı sərt siyasət aparılacağı mesajı kimi qiymətləndirilir.

Mərasimdə İspaniya kralı VI Felipe, ABŞ-ın Baş prokuroru vəzifəsini icra edən Todd Blanche, FİFA prezidenti Canni İnfantino, Argentina prezidenti Xavyer Miley, Ekvador prezidenti Daniel Noboa və Çili prezidenti Xose Antonio Kast iştirak edib.

Silahlı qruplara: "Təslim olun, yoxsa hərbi hədəf olacaqsınız"

De la Espriella andiçmə mərasimindən sonra Kalidəki hərbi batalyona gedərək əsgərlərlə görüşməyi planlaşdırıb.

Özünü “El Tigre” (“Pələng”) adlandıran yeni prezident ordunun ruh yüksəkliyini artırmağı və regionda fəaliyyət göstərən qanunsuz silahlı qruplara sərt mesaj göndərməyi qarşıya məqsəd qoyub.

De la Espriella silahlı qruplara təslim olmaq və ya “hərbi hədəf” elan edilməklə üzləşmək arasında seçim etməli olduqlarını bildirib.

Yeni prezident ölkədə uzun müddətdir davam edən zorakılığın qarşısını almaq üçün Petronun silahlı qruplarla danışıqlara əsaslanan siyasətindən imtina edəcəyini açıqlayıb. O, əvvəlki hökumətin sülh prosesinin nəticə vermədiyini düşünür.

Kolumbiyanın cənub-qərbində narkotik ticarəti və qanunsuz mədənçilik kimi gəlirli fəaliyyətlər uğrunda müxtəlif silahlı qruplar arasında mübarizə davam edir. Bu qruplara 2016-cı ildə sülh sazişini qəbul etməyən keçmiş Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) dissident qrupları, “Klan del Qolfo” karteli və Milli Azadlıq Ordusu (ELN) daxildir.

Andiçmə mərasimində təhlükəsizlik tədbirləri gücləndirilib

Yeni prezidentin vəzifəyə başlaması təhlükəsizlik məsələlərinin ön planda olduğu şəraitdə baş tutub.

Hakimiyyət Kali şəhərində bir sıra nəzarət-buraxılış məntəqələri yaradıb, avtomobillər yoxlanılıb və mümkün şübhəli şəxslərin və partlayıcıların müəyyənləşdirilməsi üçün təhlükəsizlik tədbirləri gücləndirilib.

De la Espriellanın seçilməsi Kolumbiyanın siyasi kursunda sağa dönüşün növbəti mərhələsi kimi qiymətləndirilir.

Latın Amerikasında sağçı blok güclənir

ABŞ Prezidenti Donald Trampın dəstəyini alan de la Espriella Latın Amerikasında mühafizəkar hökumətlərin mövqelərinin güclənməsi fonunda hakimiyyətə gəlib.

Analitiklərin fikrincə, onun prezident seçilməsi Latın Amerikasında sağa doğru siyasi meylin güclənməsinə və mühafizəkar hökumətlər arasında regional əməkdaşlığın dərinləşməsinə səbəb ola bilər.

De la Espriella Kolumbiyanın Trampın mart ayında keçirilən sammit təşəbbüsü əsasında yaradılan narkotik qaçaqmalçılığına qarşı regional koalisiyaya — “Amerika Qalxanı”na qoşulacağını açıqlayıb.

O, həmçinin İsraillə diplomatik münasibətləri bərpa edəcəyini, Kuba və Nikaraqua ilə diplomatik əlaqələri isə kəsəcəyini bildirib. Yeni prezident bu iki ölkəni “tiranlıqlar” adlandırıb.

Petro yeni hökumətə sərt müxalifət vəd edir

De la Espriellanın qarşısında əsas siyasi problemlərdən biri də sabiq prezident Qustavo Petronun rəhbərlik edəcəyi müxalifət olacaq.

Petro əvvəlcə de la Espriellanın seçkidə qələbəsini tanımaqdan imtina edib və seçki nəticələrinin saxtalaşdırıldığını iddia edib. Lakin beynəlxalq müşahidəçilər və Kolumbiyanın seçki orqanları bu iddiaları rədd edib.

Petro prezident sarayını tərk edərkən xalqın iradəsinə hörmət edəcəyini bildirib. Bununla belə, siyasi analitiklər onun yeni hökumətə qarşı sərt müxalifət aparacağını düşünürlər.

Petro ölkənin cənub-qərbindəki sosial hərəkatları mümkün hücumlardan qorunmaq üçün “xalq milisləri” yaratmağa çağırıb. O, həmçinin tərəfdarlarını yeni hakimiyyətin onu həbs etməyə çalışacağı təqdirdə ümumi tətilə hazırlaşmağa səsləyib.

Kalidə etiraz aksiyaları keçirilib

De la Espriellanın andiçmə mərasimi zamanı onun rəqibi İvan Cepedaya böyük dəstək verən Kalidə etiraz aksiyaları keçirilib.

Tələbə və sosial təşkilatların nümayəndələri şəhərin müxtəlif ərazilərində, həmçinin Boqota və Barrankilyada nümayişlər təşkil ediblər.

Ekspertlər Petronun sərt ritorikası ilə de la Espriellanın silahlı qruplara qarşı sərt siyasətinin ölkədə siyasi qarşıdurmanı və etirazlar zamanı toqquşma riskini artıracağından narahatdırlar.

Beləliklə, Kolumbiyada yeni hakimiyyətin əsas gündəmi yalnız təhlükəsizlik və silahlı qruplara qarşı mübarizə deyil, həm də ölkənin dərin siyasi qütbləşməsinin idarə olunması olacaq.

Məqalədə: #Kolumbiyanın yeni prezidenti Abelardo de la Espriella #Kolumbiyada hakimiyyət dəyişikliyi #Abelardo de la Espriellanın andiçmə mərasimi #Kolumbiyanın siyasi kursu #Kolumbiyada sağa dönüş #Kolumbiyada silahlı qruplara qarşı mübarizə #Kolumbiyada terrorla mübarizə #Kolumbiyada narkotik kartelləri #Kali şəhərində andiçmə mərasimi

Mövzu üzrə digər xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

13:26
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.