6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Paris-2024: Sena çayında suyun keyfiyyəti ilə bağlı narahatedici nəticələri açıqlandı

8 Avqust 2024 20:28
Paris-2024: Sena çayında suyun keyfiyyəti ilə bağlı narahatedici nəticələri açıqlandı

Bakı. AzerVoice

Sena çayının suyunun keyfiyyəti ilə bağlı analizlər Olimpiya (JO) və Paralimpiya (JOP) Oyunlarının təşkilatçılarının arxayınlaşdırıcı bəyanatlarından çox fərqli reallığı ortaya qoyub. Paris meriyası nəzdində olan “Eau de Paris” laboratoriyasının götürdüyü gündəlik nümunələr göstərib ki, suyun keyfiyyəti Olimpiadanın başlanmasından bəri yalnız iki gün qənaətbəxş olub.

AzerVoice xəbər verir ki, bu haqda “Mediapart” məlumat yayıb.

Bildirilib ki, Olimpiya Oyunlarının təşkilatçıları isə suyun keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etdiklərini deyiblər. Ancaq iyulun 27-dən avqustun 5-dək toplanmış məlumatlar suyun davamlı çirkli olduğunu göstərib. “Escherichia coli” bakteriyası və bağırsaq enterokoklarının səviyyəsi əksər vaxt dözülən həddən çox yüksək olub. Ümumi ictimai üzgüçülük meyarları tətbiq edilərsə, bu uyğunluq nisbəti hətta on gündə bir günə düşür.

Çayın suyunu artıran və çirkləndiriciləri yayan güclü yay yağışları vəziyyəti daha da pisləşdirib. Bütün triatlon məşqləri təxirə salınmalı olub və idmançılar avqustun 5-də qarışıq estafet zamanı çirkli suda üzdükdən sonra narazılıqlarını bildiriblər.

Yuxarı axında təmizləyici sistem deqradasiya olunmuş vəziyyətdədir. Paytaxtın kanalizasiya sistemlərində sızmalar baş verir. Tullantılar və yağış suyunun saxlanması üçün “Austerlitz” hövzəsinin tikintisi kimi investisiyalara baxmayaraq, Senanın suyu çirkli olaraq qalır və üzmək üçün yararlı deyil. “Mediapart”ın məlumatına görə, suyun keyfiyyəti ilə bağlı məlumatlara əlçatanlıq Paris meriyasının və Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi (Cojop) tərəfindən məhdudlaşdırılıb ki, bu da nəticələrlə bağlı qeyri-şəffaflıq yaradıb.

Bələdiyyə rəsmiləri və Olimpiya Oyunlarının təşkilatçıları, xüsusən Paris meri Ann Hidalqo və istefa verən idman naziri Amélie Oudéa-Kastera layihələrinin uğurunu təsdiqləyən çoxsaylı bəyanatlar səsləndiriblər.

İdmançılar, xüsusilə ispanlar və belçikalılar bu vəziyyəti sərt şəkildə tənqid ediblər. Onlar “B” planının olmamasını və onların sağlamlığından çox Olimpiadanın imicinə üstünlük verilməsini pisləyiblər.

Suyun çirklənməsi üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, Olimpiadadan sonra da sağlamlıq riskləri davam edir. Mövcud çətinlikləri nəzərə alaraq, 2025-ci ilin yayında planlaşdırılan ictimai üzgüçülüyün necə idarə ediləcəyi sualı yaranır. Vəziyyət şəhər çimərliyi layihələrinin davamlılığına şübhələr yaradır.

Məqalədə: #Paris-2024

Mövzu üzrə digər xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14
Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.