Bakı,AzerVoice
Fransız aktyor Alen Delonun ailəsi bu yaxınlarda dünyasını dəyişən aktyorun iti Loubo ilə birlikdə dəfn olunmaq vəsiyyətinə əməl etməyəcək.
AzerVoice xəbər verir ki, "La Piscine" və "Le Samourai" kimi filmləri ilə məşhurlaşan fransız aktyor bazar günü 88 yaşında dünyasını dəyişib.
Delon 10 yaşlı iti Loubo ilə eyni məzarı bölüşmək istədiyini bildirib.
"Ondan əvvəl ölsəm, baytardan bizi bir yerə aparmasını xahiş edəcəm. Onun mənim məzarımda bu qədər ağrı içində ölməsinə icazə verəcəyini bilməkdənsə, mənim qucağımda yatmağı üstün tuturam",- deyə Delon 2018-ci ildə Paris Match-ə açıqlama verib.
Lakin aktyorun bu istəyi baş tutmayacaq. Fransada heyvan hüquqları müdafiəçilərinin etirazından sonra Loubo yatızdırılmaqdan xilas edilib.
"Heyvanın həyatı insan həyatından asılı olmamalıdır",- deyə heyvanların hüquqlarını müdafiə edən Fransız təşkilatı La SPA bildirib.
"Bir çoxlarınız bizə Lubonun taleyi ilə bağlı mesajlar göndərmisiniz. Onun evi, ailəsi var və Alen Delonun ailəsi bizə onun qayğısına qalacaqlarını təsdiqləyib. Lubo evtanaziya edilməyəcək", -deyə Fransız aktyorun qurduğu heyvan hüquqları təşkilatı fondundan bildirilib