6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Alimlər əxlaqi dəyərlərin fəsillərə görə dəyişdiyini kəşf ediblər

26 Avqust 2024 14:16
Alimlər əxlaqi dəyərlərin fəsillərə görə dəyişdiyini kəşf ediblər

Bakı,AzerVoice

Kanadanın nüfuzlu təhsil və tədqiqat qurumu olan British Columbia Universitetinin alimləri etdikləri araşdırmada əxlaqi dəyərlərin fəsillərə görə dəyişdiyini müəyyən ediblər.

AzerVoice xəbər verir ki, PNAS elmi jurnalında dərc edilən araşdırmada ABŞ-də 10 il ərzində keçirilən sorğunun nəticələri açıqlanıb.

230 mindən çox insanın iştirak etdiyi sorğuda mənəvi dəyərlərdə baş verən dəyişiklikləri ölçmək üçün iştirakçılara müxtəlif suallar ünvanlanıb.

Əldə edilən nəticələr onu göstərir ki, insanlar yaz və payız aylarında yay və qışa nisbətən saflıq, sədaqət və hörmət kimi bəzi dəyərləri daha güclü şəkildə mənimsəyirlər.

Bu fəsillərin hüquq, siyasət və hətta sağlamlıq kimi müxtəlif sahələrə təsir göstərə biləcəyini bildirirlər.

İnsanların əhval-ruhiyyəsinin fəsillərə görə dəyişdiyi daha öncə aparılan elmi araşdırmalarda sübuta yetirilmişdi. Lakin onların əxlaqi dəyərlərə təsir edə biləcəyi gözlənilmirdi.

British Columbia Universitetinin aparıcı müəllimi Ian Hohm VOX media şirkətinə müsahibəsində "bu, mənim üçün tamamilə təəccüblü oldu. Çünki bu, adi davranış deyil və keçib gedən bir emosiyada deyil. Bu, insanların nəyin yaxşı, nəyin pis, nəyin doğru və nəyin yanlış olduğuna necə qərar verməsi ilə bağlıdır",- deyə bildirib.

Əldə edilən nəticələr bəzi sualları da özü ilə gətirir. Bunlardan birincisi “niyə insanlar yaz və payız aylarında daha çox əxlaqi dəyərləri mənimsəyirlər?” - sualıdır.

Digər tərəfdən, araşdırma qrupu insanların daxili narahatlıqlarının yaz və payız aylarında zirvəyə çatdığını xatırladıblar. Araşdırma qrupu 90 mindən çox sorğu cavabını təhlil edərkən belə bir nəticəyə gəlib.

Buna əsaslanaraq güman edilir ki, yaz və payız aylarında artan narahatlıq səviyyəsi insanların öz adət-ənənələrinə daha çox bağlanmasına səbəb olur.

Alimlər əxlaqi dəyərlərin fəsillərə görə dəyişdiyini kəşf ediblər Alimlər əxlaqi dəyərlərin fəsillərə görə dəyişdiyini kəşf ediblər
Məqalədə: #Elmi araşdırma #Əxlaq #dəyər #British Columbia

Mövzu üzrə digər xəbərlər

Əsrin sonuna qədər çimərliklərin 26 faizi yox ola bilər
Maraqlı faktlar

Əsrin sonuna qədər çimərliklərin 26 faizi yox ola bilər

28 İyun 18:00
Keçmişə mesaj göndərmək mümkündür?
Maraqlı faktlar

Keçmişə mesaj göndərmək mümkündür?

3 May 18:40
Sosial əlaqə yox, onun qavranılması önəmlidir
Cəmiyyət

Sosial əlaqə yox, onun qavranılması önəmlidir

2 Aprel 12:49
Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir
Maraqlı faktlar

Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

19 Oktyabr 2025 13:45

Son Xəbərlər

Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.