5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İngiltərədə 99% dəqiq qan testinə start verilib

27 Aprel 2025 10:00
İngiltərədə 99% dəqiq qan testinə start verilib

BAKI, AzerVoice

İngiltərədə xərçəngin erkən aşkarlanması üçün 99% dəqiq qan testi sınaq mərhələsindədir.

AzerVoice xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) xərçəngi simptomlar görünmədən əvvəl aşkarlaya bilən və 99 faiz dəqiqliyə malik qan testini klinik sınaq mərhələsinə keçirdiyini açıqlayıb.

“miONCO-Dx” adlanan bu inqilabi test cəmi 10 damcı qanla şişlərin buraxdığı genetik materialları analiz edir və xərçəngin növü ilə yanaşı, bədəndə yerləşdiyi yeri də müəyyənləşdirə bilir. Maye biopsiya texnologiyasına əsaslanan test süni intellekt alqoritmləri vasitəsilə qandakı şiş DNT-sini müəyyən edir.

Yeni mərhələdə test 8 min xəstə üzərində sınaqdan keçiriləcək. Bu test daha əvvəl 20 min insana uğurla tətbiq olunub və ağciyər, qaraciyər, bağırsaq, mədəaltı vəzi, döş və prostat xərçəngi daxil olmaqla 12-dən çox yayılmış xərçəng növünü, o cümlədən bəzi beyin şişləri və sarkomaları da erkən mərhələdə aşkar edə bilir.

Qeyd edək ki, xərçəngin erkən mərhələdə aşkarlanması müalicə imkanlarını əhəmiyyətli dərəcədə artırır və bu testin geniş tətbiqi onkoloji xəstəliklərlə mübarizədə dönüş nöqtəsi ola bilər.

Məqalədə: #Süni intellekt #İngiltərə #Xərçəng xəstəliyi #Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) #xərçəngin erkən aşkarlanması #Xərçəngin müalicəsində inqilabi dönüş nöqtəsi #İngiltərədə tibbi yenilik #onkoloji test texnologiyası

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Əbu-Dabidə ROX ADAMAS avtomobillərinin istehsalına başlanılıb
ArabCars

Əbu-Dabidə ROX ADAMAS avtomobillərinin istehsalına başlanılıb

4 Sentyabr 12:47
Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb
Texnologiya

Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

2 Sentyabr 20:58

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.