6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Antibiotik dirənci səbəbilə 2022-ci ildə 3 milyondan çox uşaq həyatını itirib

3 May 2025 16:13
Antibiotik dirənci səbəbilə 2022-ci ildə 3 milyondan çox uşaq həyatını itirib

BAKI, AzerVoice

Yeni aparılan beynəlxalq bir araşdırma, antibiotiklərin təsir etmədiyi infeksiyalar səbəbilə 2022-ci ildə 3 milyondan çox uşağın həyatını itirdiyini ortaya çıxarıb.

Avstraliyanın Murdoch Uşaq Araşdırmaları İnstitutundan Yanhong Jessika Hu və Clinton Sağlamlığa Çatım Təşəbbüsündən Herb Harwell-in rəhbərliyi ilə aparılan elmi araşdırmada xüsusilə Afrika və Cənub-Şərqi Asiyada uşaqların daha böyük risk altında olduğu bildirilib.

Alimlər ən ağır infeksiyalarda istifadə edilən antibiotiklərin istifadəsində ciddi artım olduğunu və bakteriyaların bu dərmanlara qarşı müqavimət (dirənc) inkişaf etdirdiyi təqdirdə, alternativ müalicə üsullarının olmadığını vurğulayıblar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankı kimi qurumlardan toplanan məlumatlar, antibiotiklərə davamlı olan uşaq xəstəliklərinin son üç ildə 10 qat artdığını göstərir. Mütəxəssislər bu artımın əsas səbəblərindən birinin COVID-19 pandemiyası ilə əlaqəli ola biləcəyini qeyd edirlər.

Mikrobların antibiotiklərə qarşı müqavimət göstərməsi, dünya səhiyyəsi üçün ən ciddi təhdidlərdən biri hesab olunur. Bunun başlıca səbəbi kimi antibiotiklərin həddindən artıq və yanlış şəkildə istifadəsi göstərilir.

Digər tərəfdən, yeni antibiotiklərin hazırlanması da xeyli yavaşlayıb. Səbəb isə bu dərmanların istehsalının uzun müddət və yüksək maliyyət tələb etməsidir.

Bu gün Vyanada keçirilən bir elmi konqresdə araşdırmanın nəticələrini təqdim edən Prof. Herb Harwell bildirib:

“Antibiotik direnci qlobal bir problemdir və hər kəsi təsir edir. Biz bu araşdırma ilə göstərmək istədik ki, bu problem ən çox uşaqlara təsir edir. Dünya üzrə təxminən 3 milyon uşağın antibiotik direnci səbəbilə öldüyünü düşünürük.”

Harwell qeyd edib ki, gigiyena, təmiz suya çıxış və immunitetin gücləndirilməsi yolları ilə xəstəliklərin qarşısını almaq mümkün ola bilər və bu da antibiotik direncinə qarşı effektiv vasitədir.

BBC-yə danışan Dr. Lindsey Edwards isə bu nəticələrin qlobal səhiyyə liderləri üçün bir “oyanış zəngi” olduğunu deyərək əlavə edib:
“Əgər dərhal və ciddi addımlar atılmazsa, xüsusilə də dünyanın ən həssas bölgələrində uşaqların sağlamlığı sahəsində illərlə əldə edilmiş nailiyyətlər təhlükə altına düşə bilər.”

Məqalədə: #antibiotik direnci #uşaqlarda antibiotik müqaviməti #qlobal səhiyyə problemləri #uşaq ölümləri və infeksiyalar #COVID-19 və antibiotik müqaviməti #Dünya Bankı səhiyyə məlumatları #ÜST antibiotik direnci #2025 səhiyyə problemləri #qlobal sağlamlıq təhlükələri

Mövzu üzrə digər xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14
Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.