7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Etna vulkanı yenidən püskürüb

13 May 2025 15:40
Etna vulkanı yenidən püskürüb

BAKI, AzerVoice

Etna vulkanında baş verən son püskürmə bölgədə yenidən həyəcan yaradıb.

AzerVoice xəbər verir ki, İtaliyanın cənubundakı Siciliya adasında yerləşən və Avropanın ən yüksək aktiv vulkanı olan Etna dağında kül və lava püskürməsi qeydə alınıb.

Təxminən 3300 metr yüksəklikdə yerləşən cənub-şərq kraterindən sızan maqma nəticəsində güclü lava axınları baş verib.

Vulkanik fəaliyyət dünən axşam saatlarında başlayaraq gecə boyu davam edib və səhər saatlarında sona çatıb. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya şöbəsi hadisəni təsdiqləyib.

Etnadan yayılan kül buludları yaxınlıqdakı yaşayış məntəqələrinə, xüsusilə Zafferana Etnea qəsəbəsinə düşüb. Külün əsasən şərq və cənub-şərq istiqamətində yayıldığı bildirilib.

Bununla belə, Kataniya Fontanarossa hava limanında uçuşların vulkanik fəaliyyətdən təsirlənmədiyi və aviasiya hərəkətinin normal rejimdə davam etdiyi qeyd olunub.

Qeyd edək ki, bu püskürmə 2025-ci il ərzində Etnada baş verən 13-cü vulkanik hadisədir. Etna dağında bu ilin fevral və aprel aylarında da güclü püskürmələr qeydə alınmışdı.

Məqalədə: #İtaliya #vulkan #Etna vulkanı #Siciliya #Təbii Fəlakət #Vulkan püskürməsi #vulkan xəbərdarlığı

Mövzu üzrə digər xəbərlər

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48
Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb
Yaxın Şərq

Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

29 Avqust 20:48
Tibetdə 5 bal gücündə zəlzələ baş verib
Digər Xəbərlər

Tibetdə 5 bal gücündə zəlzələ baş verib

27 Avqust 21:13
Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi
Tarixdə bu gün

Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi

24 Avqust 04:08

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.