8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Müharibə və mikroplastiklər ekosistemi təhdid edir

25 May 2025 14:00
Müharibə və mikroplastiklər ekosistemi təhdid edir

BAKI, AzerVoice

Müharibə, plastik və işıq çirklənməsi səbəbindən arılar yox olmaq təhlükəsi ilə üz-üzədir.

AzerVoice xəbər verir ki, Reading Universitetinin rəhbərliyi ilə aparılan yeni araşdırmada tozlandırıcıların — xüsusilə arıların — sürətlə artan yeni təhlükələrlə qarşı-qarşıya qaldığı bildirilib.

Hesabatda qeyd edilir ki, müharibələr, mikroplastiklər, süni işıqlar, antibiotik qalıqları və pestisid kokteylləri növbəti onillikdə arı populyasiyalarında kəskin azalmaya səbəb ola bilər.

Alimlər Ukraynadakı müharibə nümunəsində göstəriblər ki, silahlı münaqişələr ölkələri daha azsaylı kənd təsərrüfatı məhsulu yetişdirməyə məcbur edir. Nəticədə isə arıların fərqli qida mənbələrinə çıxışı məhdudlaşır, bu da onların sağ qalmasına ciddi təsir göstərir.

Eyni zamanda, Avropada aparılan araşdırmalarda 315 arı koloniyasının əksəriyyətində PET kimi mikroplastik izlərinə rast gəlinib. Gecə saatlarında küçə işıqlarının işıq çirklənməsi isə tozlandırıcıların çiçək ziyarətlərini 62 faiz azaldır.

Arılar həmçinin antibiotik qalıqları və müxtəlif kimyəvi maddələrin qarışığından ibarət pestisid kokteylləri səbəbilə davranış dəyişiklikləri və həyat dövrünün pozulması ilə üzləşirlər.

"Əgər vaxtında hərəkətə keçsək, bu zərərləri azaltmaq mümkündür. Tozlandırıcıları qorumaq həm təbiət, həm də qida təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır," – deyə professor Saymon Potts bildirib.

Hesabatda həmçinin arıları qorumaq üçün bir sıra tövsiyələr də yer alıb. Bunlara antibiotik çirklənməsinə qarşı daha sərt qanunvericilik, havanın çirklənməsinin azaldılması üçün elektrikli nəqliyyat vasitələrinin genişləndirilməsi və daha çox polen istehsal edən bitkilərin əkilməsi daxildir.

“Hətta həyətimizdəki kiçik dəyişikliklər belə böyük nəticələrə səbəb ola bilər. Lakin bu istiqamətdə həm fərdi, həm də siyasi səviyyədə kollektiv fəaliyyət vacibdir.” - deyə Dr. Dipa Senapati isə qeyd edib.

Məqalədə: #mikroplastiklər #Bunu bilirsinizmi? #mikroplastik çirklənmə #plastiklərin ekosistemə təsiri #arıların yox olması #qlobal arı böhranı 2025 #qida təhlükəsizliyi və tozlandırıcılar #ekoloji təsir #polen bitkiləri #kənd təsərrüfatı və ekosistem balansı

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
09:00
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.