4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Aİ Rusiyaya qarşı 18-ci sanksiya paketini hazırlayır

2 İyun 2025 17:44
Aİ Rusiyaya qarşı 18-ci sanksiya paketini hazırlayır

BAKI, AzerVoice

Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə başlayır.

AzerVoice xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni, 18-ci sanksiyalar paketi üzərində işə başlayıb.

Yeni paket xam neftin qiymətinin endirilməsini və enerji gəlirlərinin hədəfə alınmasını nəzərdə tutur.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen Berlində ABŞ senatoru Lindsey Graham ilə görüşündən sonra yayımladığı açıqlamada,
“Avropa İttifaqı xam neftin qiymətinin aşağı salınması da daxil olmaqla yeni sərt sanksiyalar paketi hazırlayır. Bu addımlar ABŞ-ın tədbirləri ilə birlikdə ortaq təsirimizi əhəmiyyətli dərəcədə artıracaq” - deyə bildirib.

Aİ Komissiyasının bəyanatında qeyd olunub ki, yeni paket Rusiya neftinin qiymətinə əlavə məhdudiyyətlər gətirməklə yanaşı, kölgə donanması vasitəsilə həyata keçirilən neft daşımalarını da hədəf alacaq. Məqsəd – Kremlin maliyyə mənbələrini daha da məhdudlaşdırmaqdır.

Xatırladaq ki, indiyədək Aİ Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq edib. Bu paketlər çərçivəsində ticarət, maliyyə, enerji, sənaye, nəqliyyat, texnologiya və digər sahələrə əhatəli məhdudiyyətlər qoyulub. Xüsusilə Rusiya neftinin və bəzi məhsulların dəniz yolu ilə Aİ-yə ixracı qadağan olunub, bəzi Rusiya bankları SWIFT sistemindən çıxarılıb və 2000-dən çox şəxs və qurum sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, Aİ və G7-nin birgə qərarına əsasən, Rusiya nefti yalnız 60 dollar/barel qiymət həddindən aşağı satıldığı halda Qərb şirkətləri onun daşınması, sığortalanması və brokerliyi xidmətlərini göstərə bilər. Yeni təklif edilən sanksiyalar bu qiymət həddinin daha da aşağı salınmasını nəzərdə tutur.

Məqalədə: #Rusiya #ABŞ #Avropa İttifaqı (Aİ) #Ursula fon der Leyen #sanksiyalar paketi #Neft qiyməti #İqtisadi sanksiyalar #Rusiya Qərb şirkətləri ilə bağlı sanksiyalar

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37

Son Xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.