8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Trampa hücumun pərdəarxası - Gizli Xidmətin ciddi səhlənkarlığı

ABŞ Senatının Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsi keçmiş prezident Donald Trampa qarşı 13 iyul 2024-cü il tarixində törədilən sui-qəsd cəhdi ilə bağlı hesabatını açıqlayıb.

14 İyul 2025 11:54
Trampa hücumun pərdəarxası - Gizli Xidmətin ciddi səhlənkarlığı

BAKI, AzerVoice

ABŞ Senatının Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsi keçmiş prezident Donald Trampa qarşı 13 iyul 2024-cü il tarixində törədilən sui-qəsd cəhdi ilə bağlı hesabatını açıqlayıb.

AzerVoice xəbər verir ki, Hesabatda Gizli Xidmətin ciddi çatışmazlıqları və “səhlənkar səhvlər” olduğu bildirilir.

Hesabat 75 min səhifəlik sənədlərin və təhlükəsizlik qüvvələri ilə aparılan müsahibələrin təhlili nəticəsində hazırlanıb. Sənəddə Trampın Pensilvaniyada keçirdiyi mitinqin planlaşdırılmasında və icrasında “bir sıra uğursuzluqların” olduğu qeyd edilir.

Senatın araşdırmasına görə, Gizli Xidmət dəfələrlə əlavə personal və resurs tələblərini rədd edib, mitinq zamanı şübhəli şəxsin müşahidə edildiyi barədə məlumat isə müvafiq təhlükəsizlik qrupları ilə bölüşülməyib.

Hesabatda həmçinin vurğulanır ki, federal, ştat və yerli təhlükəsizlik orqanları arasında ciddi koordinasiya və ünsiyyət çatışmazlığı olub. Hadisədən sonra heç bir yüksək vəzifəli şəxs işdən çıxarılmayıb, yalnız 6 nəfərə intizam cəzası tətbiq edilib. Hesabatda bu yanaşma "olduqca yüngül və qəbuledilməz" adlandırılıb.

Qeyd edək ki, Donald Tramp 2024-cü ilin 13 iyulunda Pensilvaniyanın Batler bölgəsində keçirilən seçki mitinqi zamanı silahlı hücuma məruz qalmışdı. Hadisə nəticəsində bir nəfər həyatını itirmiş, iki nəfər yaralanmışdı. Hücum edən 20 yaşlı Tomas Mettyu Kruks hadisə yerində öldürülmüşdü.

Məqalədə: #ABŞ #Donald Tramp #təhlükəsizlik #sui-qəsd #ABŞ Gizli Xidməti #Təhlükəsizlik tədbirləri #Donald Trampa sui-qəsd

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir

7 Sentyabr 20:27

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.