7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

ABŞ Prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi Mark Savaya, Türkiyə ilə İraq arasında su idarəçiliyi və su sahəsində əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi üçün əldə edilən razılığı məmnunluqla qarşıladıqlarını bildirib. Savaya ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşım edib. “İraq ilə Türkiyə arasında davam edən su idarəçiliyi problemlərinin həllinə yönəlmiş razılığı yüksək qiymətləndirir və İraq hökumətini bu addımına görə təbrik edirəm.” - deyə paylaşımda qeyd edilir.

4 Noyabr 2025 11:46
ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ Prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi Mark Savaya, Türkiyə ilə İraq arasında su idarəçiliyi və su sahəsində əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi üçün əldə edilən razılığı məmnunluqla qarşıladıqlarını bildirib.

AzerVoice xəbər verir ki, Savaya ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşım edib.

“İraq ilə Türkiyə arasında davam edən su idarəçiliyi problemlərinin həllinə yönəlmiş razılığı yüksək qiymətləndirir və İraq hökumətini bu addımına görə təbrik edirəm.” - deyə paylaşımda qeyd edilir.

Razılığın iki ölkə münasibətlərinə töhfə verəcəyini vurğulayan Savaya, bunun bölgədə əməkdaşlığın gücləndirilməsi və milyonlarla İraq vətəndaşının həyatını təsir edən quraqlıq və su çatışmazlığına qarşı dayanıqlı resurs idarəçiliyinin təmin olunması baxımından mühüm addım olduğunu bildirib.

Savaya, ABŞ-ın bölgədə əməkdaşlıq təşəbbüslərini dəstəkləməyə davam edəcəyini əlavə edib.

Qeyd edək ki,İraqın paytaxtı Bağdadda 2 noyabr tarixində keçirilən “Türkiyə Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında su sahəsində əməkdaşlığa dair çərçivə razılığı üzrə layihələrin maliyyələşdirilməsi üçün mexanizm sənədinin imza mərasiminə İraq Baş naziri Məhəmməd Şia Əl-Sudani sədrlik etmişdi.

Razılığı İraq Xarici İşlər Naziri Fuad Hüseyn və Türkiyə Xarici İşlər Naziri Hakan Fidan imzalamışdı.

Məqalədə: #Türkiyə #ABŞ #Hakan Fidan #İraq #Bağdad #Məhəmməd Şia Əl-Sudani #İraq-Türkiyə enerji əməkdaşlığı #Mark Savaya #İraq-Türkiyə su əməkdaşlığ

Mövzu üzrə digər xəbərlər

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

18:52
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Avto İcmal və Testlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib

16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

15:58
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq

İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir

13:51

Son Xəbərlər

Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.