4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İran nüvə müfəttişləri ilə əməkdaşlığı gücləndirməlidir - Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, İran, Qərblə gərginliyin daha da artmaması üçün BMT müfəttişləri ilə əməkdaşlığını “ciddi şəkildə yaxşılaşdırmalıdır”. Qrossi açıqlamasında bildirib ki, MAQATE İyun ayında İranla İsrail arasında başlayan müharibədən bəri İranda 10-dan çox yoxlama həyata keçirib. Lakin müfəttişlərə ABŞ tərəfindən bombalanmış bəzi nüvə obyektlərinə – Fordo, Nətənz və İsfahana – daxil olmağa icazə verilməyib.

5 Noyabr 2025 12:25
İran nüvə müfəttişləri ilə əməkdaşlığı gücləndirməlidir - Qrossi

BAKI, AzerVoice, Nailə Babazadə

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, İran, Qərblə gərginliyin daha da artmaması üçün BMT müfəttişləri ilə əməkdaşlığını “ciddi şəkildə yaxşılaşdırmalıdır”.

AzerVoice xəbər verir ki, Qrossi açıqlamasında bildirib ki, MAQATE İyun ayında İranla İsrail arasında başlayan müharibədən bəri İranda 10-dan çox yoxlama həyata keçirib. Lakin müfəttişlərə ABŞ tərəfindən bombalanmış bəzi nüvə obyektlərinə – Fordo, Nətənz və İsfahana – daxil olmağa icazə verilməyib.

Qrossi oktyabr ayında açıqlamışdı ki, İranın zənginləşdirilmiş uran ehtiyatları yaxınlığında bəzi hərəkətlər qeydə alınıb, lakin bu, “zənginləşdirmə prosesinin getdiyi anlamına gəlmir”.

Bu bəyanatdan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, Qrossi “İranın nüvə proqramının tamamilə dinc xarakter daşıdığını yaxşı bilir” və onun bununla bağlı “əsası olmayan fikirlər səsləndirməsi yolverilməzdir”.

İran rəsmiləri həmçinin MAQATE-ni, idarə heyətinin İranın Atom Silahlarının Yayılmaması Müqaviləsini pozduğunu elan edən qətnaməni qəbul etməsindən bir gün sonra başlayan İsrail hücumlarına haqq qazandırmaqda ittiham ediblər.

Qrossi “Financial Times”a müsahibəsində deyib ki, agentlik İranla “gərgin” münasibətlərə anlayışla yanaşmağa çalışsa da, Tehran yenə də öhdəliklərini yerinə yetirməlidir.

“Heç kim belə deyə bilməz: ‘Mən nüvə silahlarının yayılmaması sazişinə əməl edirəm’, lakin sonra öz öhdəliklərini pozur.Heç kim MAQATE-dən belə mövqe gözləyə bilməz: ‘Yaxşı, müharibə gedir, deməli siz başqa kateqoriyaya daxilsiniz’. Əks halda, mən deməli olacam ki, bu materiallarla bağlı bütün nəzarət imkanlarımı itirmişəm.”-deyə o bildirib.

Məqalədə: #MAQATE #nüvə enerjisi #nüvə proqramı #İsrail və İran gərginliyi #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #Rafael Qrossi #İranın nüvə irəliləyişi #İsrailin İran hücumu #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək
İran

Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

31 Avqust 19:28
İranın nüvə obyektlərini yenidən qurduğuna dair əsaslı sübut yoxdur - MAQATE
İran

İranın nüvə obyektlərini yenidən qurduğuna dair əsaslı sübut yoxdur - MAQATE

27 Avqust 16:45
Quterreşin varisliyi uğrunda yarışda kimlər var?
Digər Dövlətlər

Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

23 Avqust 21:00
BMT baş katibi uğrunda yarışda yeni səsvermə keçirildi
Digər Dövlətlər

BMT baş katibi uğrunda yarışda yeni səsvermə keçirildi

21 Avqust 12:15

Son Xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.