7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Pakistanın uyğun olmayan tələbləri görüşlərin uğursuzluğuna səbəb olub - Əfqanıstan

Əfqanıstan Xarici İşlər Nazirliyinin Vəkili Əmirhan Muttaki bildirib ki, Kabil ilə İslamabad arasındakı görüşlərin uğursuz olmasının əsas səbəbi Pakistan nümayəndələrinin “məqbul və həyata keçirilə bilməyən tələbləri” olub. Kabil mərkəzli Tolo News kanalına danışan Muttaki, İstanbulda keçirilən görüşləri qiymətləndirərək, Pakistanlı nümayəndələrin müzakirələr zamanı “heç yerinə yetirilə bilməyən və məqbul olmayan” tələblər irəli sürdüklərini qeyd edib. Onlardan biri belə olub: “Bizə Pakistan ərazisində bir daha təhlükəsizlik hadisəsi baş verməyəcəyinə zəmanət verin.”

10 Noyabr 2025 11:32
Pakistanın uyğun olmayan tələbləri görüşlərin uğursuzluğuna səbəb olub - Əfqanıstan

BAKI, AzerVoice, Nailə Babazadə

Əfqanıstan Xarici İşlər Nazirliyinin Vəkili Əmirhan Muttaki bildirib ki, Kabil ilə İslamabad arasındakı görüşlərin uğursuz olmasının əsas səbəbi Pakistan nümayəndələrinin “məqbul və həyata keçirilə bilməyən tələbləri” olub.

AzerVoice xəbər verir ki, Kabil mərkəzli Tolo News kanalına danışan Muttaki, İstanbulda keçirilən görüşləri qiymətləndirərək, Pakistanlı nümayəndələrin müzakirələr zamanı “heç yerinə yetirilə bilməyən və məqbul olmayan” tələblər irəli sürdüklərini qeyd edib. Onlardan biri belə olub: “Bizə Pakistan ərazisində bir daha təhlükəsizlik hadisəsi baş verməyəcəyinə zəmanət verin.”

Muttaki vurğulayıb ki, Əfqanıstan Pakistan ilə qarşılıqlı hörmətə əsaslanan dost münasibətlər qurmaq istəyir, lakin ölkənin ərazi bütövlüyünü qorumaqda davam edəcək. O həmçinin Pakistanın Əfqanıstan üzərində təzyiq göstərmək üçün ticarət yollarını bağladığını bildirib.

Xatırladaq ki, Pakistan və Əfqanıstan arasında sərhəd toqquşmalarından sonra 15 oktyabrda elan edilən 48 saatlıq atəşkəs, Türkiyə və Qətərin dəstəyi ilə Doha’dakı görüşlərin sonunda uzadılıb. Doha görüşlərinə Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da qatılıb.

Görüşlərin əsas mövzusu “mövcud atəşkəsin uzadılması və son sərhəd toqquşmalarının həlli” olub. Doha’dakı 14 saatlıq müzakirələrdən sonra atəşkəsin detalları üzərində işləyəcək texniki komitənin ilk toplantısının İstanbulda keçirilməsi qərara alınıb.

Pakistan və Əfqanıstan heyətləri 25 oktyabrda İstanbulda görüşərək ilk turu yekunlaşdırıb və yenidən görüşmək üçün 30 oktyabr tarixinə qərar veriblər. Lakin 7 noyabrda Pakistan Müdafiə Naziri Xavaca Məhəmməd Asif görüşlərin nəticəsiz qaldığını və dayandırıldığını açıqlayıb.

Məqalədə: #Pakistan #Əfqanıstan #Pakistan-Əfqanıstan sərhədi #Pakistan Əfqanıstan sərhədi təhlükəsizliyi #Əfqanıstan-Pakistan münasibətləri #Pakistan-Əfqanıstan #Pakistan və Əfqanıstan arasında gərginlik #Pakistan və Əfqanıstan

Mövzu üzrə digər xəbərlər

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Dini terminlər lüğəti

Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu

11:46
Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33

Son Xəbərlər

Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.