7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Venesuela böhranı “Pentaqon pizza nəzəriyyəsi”ni yenidən gündəmə gətirib

Venesuelada prezident Nikolas Maduro ilə bağlı yayılan saxlanılma iddiaları və Karakasda baş verdiyi bildirilən hücumlar fonunda ABŞ paytaxtı Vaşinqtonda təhlükəsizlik qurumlarının yerləşdiyi ərazilərdə pizzacıların qeyri-adi dərəcədə yüklənməsi sosial mediada diqqət çəkib. Bu müşahidələr “Pentaqon pizza nəzəriyyəsi” kimi tanınan iddiaları yenidən gündəmə gətirib. ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsinin – CIA yaxınlığında yerləşən pizzacılarda qeydə alınan intensivlik, Venesuela ətrafında baş verən gərginliklə eyni vaxta təsadüf edib. Sosial şəbəkələrdə yayılan iddialara görə, bu cür artım Vaşinqtonda pərdəarxası diplomatik və ya hərbi fəallığın göstəricisi ola bilər.

4 Yanvar 2026 02:00
Venesuela böhranı “Pentaqon pizza nəzəriyyəsi”ni yenidən gündəmə gətirib

BAKI,AzerVoice, Orxan Qədirzadə

Venesuelada prezident Nikolas Maduro ilə bağlı yayılan saxlanılma iddiaları və Karakasda baş verdiyi bildirilən hücumlar fonunda ABŞ paytaxtı Vaşinqtonda təhlükəsizlik qurumlarının yerləşdiyi ərazilərdə pizzacıların qeyri-adi dərəcədə yüklənməsi sosial mediada diqqət çəkib. Bu müşahidələr “Pentaqon pizza nəzəriyyəsi” kimi tanınan iddiaları yenidən gündəmə gətirib.

ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsinin – CIA yaxınlığında yerləşən pizzacılarda qeydə alınan intensivlik, Venesuela ətrafında baş verən gərginliklə eyni vaxta təsadüf edib. Sosial şəbəkələrdə yayılan iddialara görə, bu cür artım Vaşinqtonda pərdəarxası diplomatik və ya hərbi fəallığın göstəricisi ola bilər.

Nəzəriyyənin mahiyyəti

“Pentaqon pizza nəzəriyyəsi” ABŞ təhlükəsizlik bürokratiyasında fövqəladə iş rejimi yarandığı anlarda əməkdaşların iş yerlərini tərk edə bilmədiyi, bu səbəbdən isə tez və praktik qida olan pizzaya sifarişlərin kəskin artdığı iddiasına əsaslanır. Nəzəriyyəyə görə, Vaşinqtonda pizza çatdırılmalarında qeyri-adi artım müşahidə olunarsa, bu, yaxınlaşan və ya artıq baş verən beynəlxalq böhranın dolayı əlaməti kimi qəbul edilə bilər.

Soyuq müharibədən sosial mediaya

Bu iddianın kökləri Soyuq müharibə dövrünə gedib çıxır. Həmin illərdə sovet kəşfiyyatının Vaşinqtonda fövqəladə dövrləri müəyyən etmək üçün pizza çatdırılmalarını izlədiyi iddia olunur. 1990-cı il avqustun 1-də Vaşinqtonda fəaliyyət göstərən pizzacı sahibi Frenk Miks CIA binalarına sifarişlərin qəfil artdığını müşahidə etmişdi. Bu tarix İraqın Küveyti işğal etməsindən bir gün əvvələ təsadüf edirdi.

Sonrakı illərdə də oxşar nümunələr qeyd edilib. 1998-ci ilin dekabrında ABŞ prezidenti Bill Klintonun impiçment dinləmələri zamanı, eləcə də 13 aprel 2024-cü ildə İranın İsrailə pilotsuz uçuş aparatları ilə hücum etdiyi gün Pentagon və Ağ Ev ətrafında pizzacıların sıxlığı sosial mediada geniş müzakirə olunmuşdu.

Venesuela və “pizza siqnalları”

Son günlərdə X platformasında fəaliyyət göstərən @PenPizzaReport hesabı Pentaqon yaxınlığındakı pizzacıların real vaxt rejimində qeyri-adi dərəcədə yükləndiyini iddia edib. Paylaşımlar Venesuelada hücumlar və Maduronun saxlanılması ilə bağlı məlumatların yayıldığı dövrə təsadüf edib. Bu da nəzəriyyənin tərəfdarları tərəfindən “təsadüfi olmayan uyğunluq” kimi təqdim olunub.

ABŞ rəsmiləri və təhlükəsizlik üzrə mütəxəssislər pizza sifarişləri ilə geosiyasi proseslər arasında birbaşa əlaqənin olmadığını bildirir və bu cür yanaşmaları spekulyativ hesab edirlər. Onların fikrincə, sosial mediada yayılan bu məlumatlar rəsmi göstərici və ya etibarlı siqnal sayıla bilməz.

Bununla belə, məşhur amerikalı jurnalist Vulf Blitserin 1990-cı ildə dediyi ifadə bu mövzuda tez-tez xatırladılır: “Jurnalistlər üçün nəticə sadədir – pizzaları izləyin.”

Məqalədə: #Pentagon pizza nəzəriyyəsi Venesuela hadisələri fonunda yenidən gündəmdə #Vaşinqton pizzaları böhran siqnalı verirmi? #Venesuela gərginliyi və ABŞ-da pizza müşahidələri #Pentagon ətrafındakı pizzacı sıxlığı nəyi göstərir? #Sosial mediada müzakirə: pizza sifarişləri və geosiyasət #Pentagon Pizza Teorisi yeniden gündemde #Venezuela krizi ve Washington pizzaları #Pizza siparişleri kriz habercisi mi? #Pentagon çevresindeki yoğunluk ne anlama geliyor #Sosyal medyada Pentagon Pizza tartışması #Pentagon Pizza Theory Resurfaces Amid Venezuela Crisis #Do Pizza Orders Signal Global Crises? #Washington Pizza Surge Draws Attention #Social Media Revives Pentagon Pizza Theory #Venezuela Tensions Fuel Online Speculation

Mövzu üzrə digər xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14
Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.