6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İranda internetə çıxış tamamilə kəsilib

Dekabr ayının sonlarında başlayan etiraz aksiyaları cümə axşamı etibarilə İranın 31 əyalətinin hamısına yayılıb. Paytaxt Tehranla yanaşı, Kirmanşah, Abadan, Təbriz və Şiraz kimi böyük şəhərlərdə minlərlə insan küçələrə çıxıb. Norveç mərkəzli İran İnsan Haqları (IHR) təşkilatı etirazların başladığı gündən bəri təhlükəsizlik qüvvələri tərəfindən azı 45 etirazçının, o cümlədən 8 uşağın öldürüldüyünü açıqlayıb.

9 Yanvar 2026 09:14
İranda internetə çıxış tamamilə kəsilib

BAKI, AzerVoice, Nailə Babazadə

Dekabr ayının sonlarında başlayan etiraz aksiyaları cümə axşamı etibarilə İranın 31 əyalətinin hamısına yayılıb. Paytaxt Tehranla yanaşı, Kirmanşah, Abadan, Təbriz və Şiraz kimi böyük şəhərlərdə minlərlə insan küçələrə çıxıb.

AzerVoice xəbər verir ki, Norveç mərkəzli İran İnsan Haqları (IHR) təşkilatı etirazların başladığı gündən bəri təhlükəsizlik qüvvələri tərəfindən azı 45 etirazçının, o cümlədən 8 uşağın öldürüldüyünü açıqlayıb.

Yerli mənbələr və rəsmi açıqlamalara görə isə aralarında təhlükəsizlik əməkdaşlarının da olduğu azı 21 nəfər həyatını itirib. İnsan haqları qrupları çərşənbə gününü 13 nəfərin ölümü ilə indiyədək “ən qanlı gün” kimi qiymətləndirib.

Etirazlara səbəb olan əsas amil İran rialının kəskin dəyər itirməsi və əsas ərzaq məhsullarının qiymətlərində həddindən artıq artım olub. Bildirilir ki, ərzaq qiymətləri ötən illə müqayisədə 70 faizdən çox, dərman qiymətləri isə təxminən 50 faiz artıb. İran Prezidenti Məsud Pezeşkian etirazçılara qarşı “maksimum təmkin” göstərilməsinə və dialoqa üstünlük verilməsinə çağırıb.

ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətini xəbərdar edərək, etirazçıların öldürülməsinin davam edəcəyi təqdirdə Vaşinqtonun “İranı çox sərt vuracağını” bildirib. Almaniya Xarici İşlər Nazirliyi də İran rəsmilərinin “həddindən artıq güc tətbiq etməsini” pisləyib.

Digər tərəfdən, sürgündə olan Vəliəhd Şahzadə Rza Pəhləvinin kütləvi etiraz çağırışından sonra Tehranda minlərlə insanın “Diktatora ölüm” şüarları ilə küçələrə axışdığı xəbər verilir.

Məqalədə: #İran #etirazlar #internet #etiraz #Etiraz aksiyası #siyasi etiraz

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.