8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İranda etirazlar zamanı həlak olanların sayı 4 mini keçib

ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İrandakı iqtisadi böhran fonunda başlayan kütləvi aksiyalarda insan itkisinin kəskin artdığını açıqlayıb. Agentliyin son hesabatına görə, ölkənin bir çox bölgəsində baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 4 min 29 nəfərə yüksəlib. Həlak olanlar arasında 180 təhlükəsizlik əməkdaşının da olduğu bildirilir.

20 Yanvar 2026 09:15
İranda etirazlar zamanı həlak olanların sayı 4 mini keçib

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İrandakı iqtisadi böhran fonunda başlayan kütləvi aksiyalarda insan itkisinin kəskin artdığını açıqlayıb. Agentliyin son hesabatına görə, ölkənin bir çox bölgəsində baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 4 min 29 nəfərə yüksəlib. Həlak olanlar arasında 180 təhlükəsizlik əməkdaşının da olduğu bildirilir.

AzerVoice xəbər verir ki, HRANA-nın yaydığı məlumatda etiraz dalğası zamanı 26 min 15 nəfərin nəzarətə alındığı qeyd olunur. Agentlik cəmi bir gün əvvəl ölü sayını 3 min 919 olaraq elan etmişdi. Rəqəmlərdəki sürətli artım yeni hadisələrin baş verməsi ilə deyil, əvvəlki günlərdə qeydə alınan ölüm hallarının rəsmi şəkildə təsdiqlənməsi prosesi ilə izah olunur.

Xatırladaq ki, İrandakı nümayişlər 2025-ci il dekabrın 28-də yerli valyutanın kəskin dəyər itirməsi və ağır iqtisadi şəraitə etiraz olaraq Tehran Böyük Bazarında esnafın başlatdığı yürüşlərlə başlamışdı. Hadisələrin 8 yanvarda Tehranda daha da şiddətlənməsindən sonra hakimiyyət ölkə üzrə internetə çıxışı tamamilə məhdudlaşdırmışdı. Hazırda aksiyaların səngidiyi və internetin qismən bərpa olunduğu xəbər verilir.

İran rəsmiləri bu günə qədər ölənlərin və ya yaralananların ümumi sayı ilə bağlı rəsmi rəqəmləri açıqlamayıb. Lakin hökumət 3700-dən çox təhlükəsizlik əməkdaşının yaralandığını və iğtişaşları törətməkdə ittiham olunan 3 min nəfərin saxlanıldığını bəyan edib. İranın ali lideri Ayətullah Əli Xameneyi isə 17 yanvarda etdiyi çıxışda baş verən dağıntılara görə ABŞ və İsraillə əlaqəli şəxsləri günahlandıraraq, xarici güclərə bağlı qrupların minlərlə insanı qətlə yetirdiyini iddia edib.

Məqalədə: #İran #etirazlar #İran siyasəti #Etiraz aksiyası #siyasi etiraz #İran etirazları #HRANA nədir və İranda ölüm statistikasını necə açıqlayır #ABŞ-əsaslı HRANA qurumu İranda etirazlarla bağlı rəqəmləri yayır #İranda etirazlar: HRANA və rəsmi rəqəmlər arasında fərq #ABŞ-da yerləşən HRANA İranda minlərlə ölən olduğunu iddia edir #İranda etirazların qurbanları: HRANA məlumatları nə qədər etibarlıdır #HRANA’nın İran verileri tartışma yaratıyor #HRANA İran’daki ölümleri dünyaya duyuruyor

Mövzu üzrə digər xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14
Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26

Son Xəbərlər

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
16:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.