5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ və İran arasındakı kritik görüşün yeri İstanbul deyil Oman olaraq dəyişdirilib

ABŞ və İran rəsmiləri arasında cümə günü keçirilməsi planlaşdırılan görüşün yeri və formatı ilə bağlı mühüm iddialar ortaya atılıb. "Axios" xəbər platformasının adını açıqlamayan rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, İran tərəfi müzakirələrin keçiriləcəyi məkanın və formatın dəyişdirilməsini tələb edib.

4 Fevral 2026 09:52
ABŞ və İran arasındakı kritik görüşün yeri İstanbul deyil Oman olaraq dəyişdirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Nailə Babazadə

ABŞ və İran rəsmiləri arasında cümə günü keçirilməsi planlaşdırılan görüşün yeri və formatı ilə bağlı mühüm iddialar ortaya atılıb.

AzerVoice xəbər verir ki, "Axios" xəbər platformasının adını açıqlamayan rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, İran tərəfi müzakirələrin keçiriləcəyi məkanın və formatın dəyişdirilməsini tələb edib.

Əvvəlcə 6 fevral tarixində İstanbulda keçiriləcəyi iddia edilən görüşlərin İranın tələbi ilə Omana köçürüldüyü və ABŞ-ın bu təklifi qəbul etdiyi bildirilir. Məlumata görə, İstanbulda planlaşdırılan görüşəbir çox ərəb və müsəlman ölkəsinin müşahidəçi qismində qatılması nəzərdə tutulsa da, Tehran rəhbərliyi müzakirələrin yalnız ABŞ ilə ikitərəfli formatda aparılmasında israr edib.

Tehranın bu tələbinin arxasında danışıqları yalnız nüvə məsələləri ilə məhdudlaşdırmaq istəyi dayanır. İddia olunur ki, İran tərəfi bölgədəki digər ölkələr üçün prioritet təşkil edən raket proqramı və proksi qruplar kimi mövzuların gündəmə gəlməsindən yayınmağa çalışır.

Bu görüş 2025-ci ilin iyun ayında İran və İsrail arasında baş verən 12 günlük hərbi qarşıdurmadan sonra ABŞ və İran rəsmiləri arasındakı ilk birbaşa təmas olacaq. Görüşdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçinin mümkün nüvə sazişini müzakirə edəcəkləri gözlənilir.

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın hər zaman diplomatiyaya hazır olduğunu bir daha bəyan edib. Bununla belə, o vurğulayıb ki, diplomatiya təzyiq, qorxu və güc tətbiqi ilə bir araya sığmır. Nazir aparılan bu diplomatik addımların müsbət nəticələrinin tezliklə ortaya çıxacağına ümid etdiyini bildirib.şşş

Məqalədə: #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #ABŞ İran toqquşması #ABŞ-İran dialoqu #İran-ABŞ qarşıdurması #ABŞ və İran münasibətləri #İran–ABŞ əlaqələrinin kəsilməsi #ABŞ-İran münasibətlərinin 1970-ci illərdə geriləməsinin siyasi səbəbləri #İran–İsrail müharibəsindən sonra bölgədə gərginlik artır — İran yeni təlim keçirir #Iran conducts second drill since Israel-Iran war amid rising tensions

Mövzu üzrə digər xəbərlər

İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İordaniya

İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

4 Sentyabr 10:01
İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir
İran

İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

3 Sentyabr 18:12
Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb
Küveyt

Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

3 Sentyabr 09:09
ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf
İran

ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

2 Sentyabr 19:49

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.