7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Heç bir ölkənin öz iradəsini dünyaya qəbul etdirmək hüququ yoxdur - Çin

Çin hakimiyyəti beynəlxalq münasibətlərdə heç bir ölkənin təkbaşına hakimlik etmək və dünyaya öz istəklərini qəbul etdirmək hüququnun olmadığı barədə kəskin mesaj verib. Bu bəyanat ABŞ-ın İsrail ilə birlikdə İrana hücumları, Venesuelaya hərbi müdaxiləsi və Qrenlandiyanı ilhaq etmə tələbi kimi addımlarla qlobal siyasəti yenidən formalaşdırmağa çalışdığı bir dövrdə səslənib.

4 Mart 2026 15:40
Heç bir ölkənin öz iradəsini dünyaya qəbul etdirmək hüququ yoxdur - Çin

BAKI,VOA, Nailə Babazadə

Çin hakimiyyəti beynəlxalq münasibətlərdə heç bir ölkənin təkbaşına hakimlik etmək və dünyaya öz istəklərini qəbul etdirmək hüququnun olmadığı barədə kəskin mesaj verib.

VOA xəbər verir ki, bu bəyanat ABŞ-ın İsrail ilə birlikdə İrana hücumları, Venesuelaya hərbi müdaxiləsi və Qrenlandiyanı ilhaq etmə tələbi kimi addımlarla qlobal siyasəti yenidən formalaşdırmağa çalışdığı bir dövrdə səslənib.

Çin Milli Xalq Kongresinin (ÇUHK) sözçüsü Lou Çincien illik ümumi yığıncaqdan əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, dövlətlərin böyüklüyündən asılı olmayaraq qarşılıqlı hörmət və bərabərlik prinsipi BMT nizamnaməsinin əsasını təşkil edir. "Heç bir ölkənin digər xalqların taleyini diktə etməyə, inkişaf üstünlüklərini inhisara almağa və dünyaya yalnız öz istədiyini dayatmağa haqqı yoxdur" – deyə sözçü vurğulayıb.

Pekin rəsmi Vaşinqton və Təl-Əvivin hücumlarından sonra İrandakı vəziyyəti yaxından izlədiyini bəyan edib. Lou Çincien İranın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini qeyd edərək, hərbi əməliyyatların dərhal dayandırılmasını və Yaxın Şərqdə barış üçün dialoqun bərpa olunmasını tələb edib.

Sözçü qeyd edib ki, 80 ildən artıq təcrübə BMT-nin rolunun zəiflədilməsi deyil, əksinə gücləndirilməsinin vacib olduğunu göstərir. Çin, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, təşkilatın nüfuzunun qorunması və qlobal idarəetmə sisteminin daha ədalətli olması üçün "Qlobal İdarəetmə Təşəbbüsü" çərçivəsində öz həll yollarını təklif etməyə davam edəcəyini bildirib.

Məqalədə: #Çin #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.