5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Yaxın Şərqdəki nüvə obyektlərinin vəziyyəti son dərəcə həssasdır - MAQATE

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossi Moskvada Rusiyanın "Rosatom" Dövlət Nüvə Enerjisi Korporasiyasının baş direktoru Aleksey Lixaçov ilə keçirdiyi birgə mətbuat konfransında Yaxın Şərqdəki gərginliyin nüvə təhlükəsizliyinə təsirləri barədə xəbərdarlıq edib. Qrossi regiondakı nüvə obyektlərinin hazırkı durumunu "son dərəce həssas" kimi qiymətləndirərək, nüvə faktorunun ön plana çıxdığı yeni bir münaqişə dalğasının şahidi olduqlarını bildirib. O, hazırda sülh və müharibə arasında "incə bir xətt" üzərində yeridiklərinə işarə edərək, hərbi əməliyyatların mümkün qədər tez başa çatmasının və danışıqlar masasına qayıtmağın zəruriliyini vurğulayıb.

13 Mart 2026 15:54
Yaxın Şərqdəki nüvə obyektlərinin vəziyyəti son dərəcə həssasdır - MAQATE

BAKI, VOA, Nailə Babazadə

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossi Moskvada Rusiyanın "Rosatom" Dövlət Nüvə Enerjisi Korporasiyasının baş direktoru Aleksey Lixaçov ilə keçirdiyi birgə mətbuat konfransında Yaxın Şərqdəki gərginliyin nüvə təhlükəsizliyinə təsirləri barədə xəbərdarlıq edib.

VOA xəbər verir ki, Qrossi regiondakı nüvə obyektlərinin hazırkı durumunu "son dərəce həssas" kimi qiymətləndirərək, nüvə faktorunun ön plana çıxdığı yeni bir münaqişə dalğasının şahidi olduqlarını bildirib. O, hazırda sülh və müharibə arasında "incə bir xətt" üzərində yeridiklərinə işarə edərək, hərbi əməliyyatların mümkün qədər tez başa çatmasının və danışıqlar masasına qayıtmağın zəruriliyini vurğulayıb.

Görüşdə həmçinin Zaporojye Nüvə Elektrik Stansiyasındakı (NES) mövcud vəziyyət də müzakirə olunub. "Rosatom" rəhbəri Aleksey Lixaçov müəyyən şərtlər daxilində Ukrayna da daxil olmaqla müxtəlif tərəflərə elektrik enerjisi tədarükünün mümkünlüyünü qeyd edib. Stansiyanın yüksək səviyyədə enerji istehsal etdiyini bildirən Lixaçov, bu enerjidən təkcə ənənəvi marşrutlar üçün deyil, həm də məlumat emalı mərkəzlərinin qurulması kimi texnoloji layihələrdə istifadə edilə biləcəyini deyib. O, bu istiqamətdə hətta ABŞ-ın da potensial tərəfdaşlar arasında yer ala biləcəyini diqqətə çatdırıb.

İranın nüvə proqramı ətrafında yaranan iddialara da toxunan Lixaçov, rəsmi Tehranın nüvə silahı hazırlamasına dair heç bir sübut görmədiklərini bəyan edib. O, nə rəsmi hesabatlarda, nə də qeyri-rəsmi müşahidələrdə İranın hərbi təyinatlı nüvə fəaliyyəti ilə məşğul olması barədə məlumata rast gəlmədiklərini vurğulayıb. Bu açıqlama ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların "nüvə təhlükəsi" bəhanəsi ilə aparıldığı bir vaxtda beynəlxalq müstəvidə mühüm rezonans doğurub.

Məqalədə: #MAQATE #Yaxın Şərq #İsrail və İran gərginliyi #Rafael Qrossi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.