5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İran ABŞ-ın Hörmüz boğazını blokadaya almaq cəhdinə reaksiya verib

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın Hörmüz boğazındakı dəniz blokadası cəhdinin beynəlxalq hüquqa zidd və açıq təcavüz aktı olduğunu bildirib. BMT Baş Assambleyasında çıxış edən İrəvani Rusiya və Çinin Hörmüz boğazında naviqasiya azadlığı ilə bağlı qətnamə layihəsinə veto qoymasını "haqlı və zəruri" addım kimi qiymətləndirib.

16 Aprel 2026 22:28
İran ABŞ-ın Hörmüz boğazını blokadaya almaq cəhdinə reaksiya verib

BAKI,VOA, Nailə Babazadə

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın Hörmüz boğazındakı dəniz blokadası cəhdinin beynəlxalq hüquqa zidd və açıq təcavüz aktı olduğunu bildirib.

VOA xəbər verir ki, BMT Baş Assambleyasında çıxış edən İrəvani Rusiya və Çinin Hörmüz boğazında naviqasiya azadlığı ilə bağlı qətnamə layihəsinə veto qoymasını "haqlı və zəruri" addım kimi qiymətləndirib.

İrəvani qeyd edib ki, sözügedən layihə ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hücumları görməzdən gəlirdi və onun qəbul edilməsi sahil dövlətlərinin suveren hüquqlarını sarsıda bilərdi. O, İranın Hörmüz boğazından hərbi məqsədlər üçün istifadənin qarşısını almaq məqsədilə qanuni tədbirlər gördüyünü müdafiə edərək ABŞ-ın blokada elanının İranın ərazi bütövlüyünün ciddi şəkildə pozulması olduğunu vurğulayıb.

Daimi nümayəndə bölgədəki müharibənin dayandırılması üçün Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanı, həmçinin Çin və Rusiyanın diplomatik səylərini dəstəklədiklərini bildirib. O, ABŞ-ın diplomatiyaya dəfələrlə xəyanət etməsinə baxmayaraq, İranın xoş niyyətlə danışıqlara girdiyini və ehtiyatlı nikbinlik içində olduğunu qeyd edib.

Məqalədə: #Rusiya #BMT #Çin #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #Hörmüz boğazı #ABŞ İran toqquşması #ABŞ və İran münasibətləri

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.