6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İş mühiti necə öldürür? - Hər il 840 min insan iş yerində can verir

Dünyada iş mühitində psixoloji və sosial risklər ciddi qlobal sağlamlıq probleminə çevrilib. Beynəlxalq Əmək Təşkilatı tərəfindən yayımlanan son hesabatda iş yerində stress, uzun iş saatları və psixoloji təzyiqlərin hər il təxminən 840 min insanın ölümünə səbəb olduğu bildirilib.

28 Aprel 2026 11:59
İş mühiti necə öldürür? - Hər il 840 min insan iş yerində can verir

BAKI,VOA, Orxan Qədirzadə

Dünyada iş mühitində psixoloji və sosial risklər ciddi qlobal sağlamlıq probleminə çevrilib.

VOA xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən yayımlanan son hesabatda iş yerində stress, uzun iş saatları və psixoloji təzyiqlərin hər il təxminən 840 min insanın ölümünə səbəb olduğu bildirilib.

Hesabatda qeyd olunur ki, bu ölümlər əsasən ürək-damar xəstəlikləri və psixi pozuntularla əlaqəlidir. Məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə aparılan analizlərə əsaslanır.
Araşdırmaya görə, iş mühitində psixoloji risklərin əsas səbəbləri yüksək stress səviyyəsi, uzun və yorucu iş saatları, iş yerində təzyiq və ya təqib, əmək və mükafat arasında balanssızlıq və iş təhlükəsizliyinin zəifliyidir.

Ekspertlər vurğulayır ki, bu amillər təkcə işçilərin psixi sağlamlığına deyil, eyni zamanda fiziki sağlamlığına da ciddi təsir göstərir.

Hesabatda həmçinin qeyd edilir ki, bu problemlərin iqtisadi təsiri də böyükdür. Psixoloji risklərlə əlaqəli xəstəliklərin qlobal iqtisadiyyata illik təsiri dünya ümumi daxili məhsulunun təxminən 1.37 faizi həcmində qiymətləndirilir.

Qurum tövsiyə edir ki, iş yerlərində psixoloji risklərin qarşısının alınması üçün dövlət qurumları, işəgötürənlər və işçilər arasında əməkdaşlıq gücləndirilməli, həmçinin daha effektiv profilaktik tədbirlər həyata keçirilməlidir.

Məqalədə: #iş yerində stress #iş yerində stress ölüm səbəbi #psixoloji risklərin təsiri 2026 #uzun iş saatlarının zərərləri #iş mühitində psixi sağlamlıq problemləri #Beynəlxalq Əmək Təşkilatı hesabatı #işçilərin sağlamlıq riskləri #ürək xəstəlikləri və iş stressi #iş sağlamlığı statistikası

Mövzu üzrə digər xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14
Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.