4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Habbl teleskopu Günəş sistemindən 40 dəfə böyük disk aşkar etdi

Hubble Kosmik Teleskopu Yerə təxminən 1000 işıq ili məsafədə, "Dracula Sandviçi" ləqəbli IRAS 23077+6707 sistemini aşkar edib. Bu sistemdə gənc bir ulduz ətrafında formalaşan ən böyük planet diski müşahidə olunub və onun diametri Günəş sistemimizin 40 qatına bərabərdir.

15 May 2026 06:00
Habbl teleskopu Günəş sistemindən 40 dəfə böyük disk aşkar etdi

BAKI,VOA Orxan Qədirzadə

Habıl Kosmik Teleskopu Yerə təxminən 1000 işıq ili məsafədə, "Drakula Sendviçi" ləqəbli IRAS 23077+6707 sistemini aşkar edib. Bu sistemdə gənc bir ulduz ətrafında formalaşan ən böyük planet diski müşahidə olunub və onun diametri Günəş sistemimizin 40 qatına bərabərdir.

Disk qeyri-sabit və mürəkkəb quruluşa malikdir; qaz və toz kütlələrinin balanssız axını onu "nizamlanmamış laboratoriya"ya çevirir. Ulduz diskdən kənara çıxan nəhəng qaz və toz sapları ilə əhatə olunub, bəzən isə diskin digər hissəsi nisbətən daha sakitdir. Bu, planetlərin formalaşmasının daha aktiv və xaotik olduğunu göstərir.

Diskin kütləsi təxminən Yupiterin kütləsinin 10–30 qatına bərabər qiymətləndirilir ki, bu da nəhəng planetlərin yaranması üçün böyük ehtiyat deməkdir. Diskdəki qeyri-simmetrik quruluş, həmçinin ulduzun tək və ya ikili sistem olma ehtimalı astronomlar üçün maraq doğurur. Bu sistem planetlərin formalaşmasının ilkin mərhələlərini anlamaq üçün istisna model kimi dəyərləndirilir və bəlkə də Günəş sistemimizin ilk dövrlərini xatırladır.

Kəşf göstərir ki, planetlərin yaranması sakit proses deyil, əksinə, cazibə, qaz və tozun mübarizəsi ilə dolu, dinamik və mürəkkəb mərhələdir. Bu "kosmik laboratoriya" gələcəkdə planet sistemlərinin formalaşma tarixini yenidən yazmağa kömək edə bilər.

Məqalədə: #Günəş sistemi #Hubble teleskop #Dracula Sandviç #IRAS 23077+6707 #planet disk #gənc ulduz #nəhəng planet zavodu #kosmik toz

Mövzu üzrə digər xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

13:26
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir
Digər Xəbərlər

İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

3 Sentyabr 13:50
ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib
Digər Xəbərlər

ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

2 Sentyabr 18:38

Son Xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.