5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Breaking Bad-in aktyoru İslam dinini qəbul edib

Məşhur amerikalı aktyor, televiziya tarixinin ən tanınmış ekran obrazlarından biri olan Qas Frinq rolu ilə şöhrət qazanan Cankarlo Espositonun İslam dinini qəbul etdiyi barədə məlumat yayılıb.

21 İyun 2026 14:52
Breaking Bad-in aktyoru İslam dinini qəbul edib

BAKI,VOA, Orxan Qədirzadə

Məşhur amerikalı aktyor, televiziya tarixinin ən tanınmış ekran obrazlarından biri olan Breaking Bad-də Qas Frinq rolu ilə şöhrət qazanan Cankarlo Esposito İslam dinini qəbul etdi.

Məlumata görə, aktyor Səudiyyə Ərəbistanında olduğu müddətdə kəlmeyi-şəhadət gətirərək müsəlman olub. Bu barədə açıqlamanı Səudiyyə Ərəbistanının Əyləncə İşləri üzrə Baş İdarəsinin rəhbəri Türki Əl-Şeyx verib.

Onun sözlərinə görə, Esposito krallıqda çəkilişlər zamanı kəlmeyi-şəhadət gətirib və daha sonra çəkiliş heyətinin üzvləri ilə birlikdə məsciddə namaz qılıb.

Bildirilir ki, aktyorun bu qərarı Səudiyyə Ərəbistanında keçirdiyi müddət ərzində yaşadığı müsbət təcrübələr və müsəlmanlarla qurduğu ünsiyyət nəticəsində formalaşıb. Türki Əl-Şeyx qeyd edib ki, Esposito çəkiliş prosesi zamanı qarşılaşdığı qonaqpərvərlikdən və yerli insanların münasibətindən məmnunluğunu ifadə edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə aktyorun məsciddə çəkiliş heyətinin digər üzvləri ilə birlikdə namaz qıldığı əks olunub.

Cankarlo Esposito uzun illərdir kino və televiziya sahəsində fəaliyyət göstərir. O, Qas Frinq obrazı ilə yanaşı, “Yaxşısı Budur, Sola Zəng Et”, “Mandaloryalı” və digər məşhur ekran layihələrindəki rolları ilə də tanınır.

Aktyor xüsusilə Qas Frinq obrazına görə beynəlxalq səviyyədə geniş tanınıb və müxtəlif nüfuzlu mükafatlara namizəd göstərilib.

Məlumata əsasən, Esposito hazırda Səudiyyə Ərəbistanında çəkilən “Yeddi İt” adlı layihədə iştirak edir. Bu ekran işi ölkənin əyləncə və kino sənayesinin inkişafı istiqamətində həyata keçirilən iri layihələrdən biri hesab olunur. Səudiyyə Ərəbistanı son illərdə beynəlxalq kino istehsalçılarını və tanınmış sənətçiləri ölkəyə cəlb etmək məqsədilə bu sahəyə yatırımlarını artırır.

Məqalədə: #Məşhur amerikalı aktyor #Breaking Bad #Qas Frinq #Cankarlo Esposito İslam dinini qəbul etdi #Türki Əl-Şeyx #Səudiyyə Ərəbistanının Əyləncə İşləri üzrə Baş İdarəsi

Mövzu üzrə digər xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14
Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
18:07
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
18:03
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.