6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Netanyahu fələstinliləri öldürməyə davam etmək istəyir - Fələstin XİN rəhbəri

28 Fevral 2024 15:35
Netanyahu fələstinliləri öldürməyə davam etmək istəyir - Fələstin XİN rəhbəri

Bakı. AzerVoice:

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu atəşkəs əldə etmək istəmir, o cümlədən gənc və yaşlı fərq etmədən fələstinliləri, qadınları və uşaqları öldürməyə davam etmək istəyir.

AzerVoice-un məlumatına görə, İsrailin Qəzzaya hücumlarına diqqət çəkən Maliki dinc insanların öldürülməsinə qarşı olduqlarını bildirib.

Maliki girovların azad edilməsi, uzun illər İsrail həbsxanalarında olan fələstinli əsirlərin dəyişdirilməsi və atəşkəs imkanlarının yaradılmasına müsbət yanaşacaqlarını ifadə edərək, girovların azad edilməsinin həm də “atəşkəs” mənasına gələcəyini bildirib.

Atəşkəs əldə olunarsa, humanitar yardımların Qəzzanın cənubu ilə yanaşı şimalına da daxil olmasının mümkün olacağını vurğulayan Maliki qeyd edib ki, bunun ən qısa zamanda baş verəcəyini ümid edirik.

Maliki, atəşkəsin daimi olmasının Qəzzanın necə yenidən inşa ediləcəyi barədə də düşünmək imkanı verəcəyini bildirib.

ABŞ, Qətər, Misir və İsrail arasında razılığa gəlmək üçün son bir aydır danışıqların davam etdiyini qeyd edən Maliki, bunun ən qısa zamanda həyata keçirilməsi ehtimalının olduğunu eşitdiklərini bildirib.

Yanvarın 26-da Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) İsrailə qarşı tətbiq etdiyi ehtiyat tədbirlərinin İsrail kimi hər kəs üçün keçərli olduğunu xatırladan Maliki vurğulayıb ki, İsrail bu ehtiyat tədbirlərinə əməl etməzsə, bunun əvəzini ödəyəcək.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Məqalədə: #Fələstin #israil

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
Yaxın Şərq

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib

5 Sentyabr 18:07

Son Xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.