7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

HƏMAS ABŞ və İsrailin tərksilah olunma çağırışlarını rədd edib

4 Mart 2025 19:23
HƏMAS ABŞ və İsrailin tərksilah olunma çağırışlarını rədd edib

Bakı, AzerVoice

HƏMAS İsrailin və ABŞ-ın silahsızlanma çağırışlarını rədd edib.

AzerVoice xəbər verir ki, bu haqda HƏMAS rəsmisi Sami Əbu Zuhrinin verdiyi açıqlamada deyilir.

"Müqavimətin silahı qırmızı xəttdir və bu, müzakirə oluna bilməz", - deyə o qeyd edib.

Digər tərəfdən, İsrailin xarici işlər naziri Gideon Saar bəyan edib ki, İsrail Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinə keçməyə hazırdır, lakin bunun üçün HƏMAS hələ də əlində saxladığı 59 girovun bir qismini daha azad etməlidir.

Xatırladaq ki, Qəzzada döyüşlər yanvarın 19-dan bəri ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs çərçivəsində dayandırılıb. Bu müddət ərzində HƏMAS 33 israilli və 5 tailandlı girovu azad edib, əvəzində isə təxminən 2000 fələstinli məhbus azad edilib.

HƏMAS bildirir ki, o, İsrailin tamamilə Qəzzadan çıxmasını və 59 girovun geri qaytarılmasını ehtiva edən ikinci mərhələ danışıqlarına keçmək istəyir. Bu danışıqlar müharibənin daimi dayandırılmasına yol aça bilər.

Lakin İsrail atəşkəsin uzadılmasını yalnız girovların qaytarılması şərti ilə mümkün hesab edir və atəşkəsin müsəlmanların Ramazan ayı boyunca davam etməsini nəzərdə tutan planı dəstəkləyir.

Nəzərinizə çatdıraq ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff yaxın günlərdə bölgəyə səfər edərək. Səfər çərçivəsində atəşkəsin uzadılması və ya ikinci mərhələyə keçidlə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Məqalədə: #İsrail #Qəzza zolağı #ABŞ #HƏMAS #Yaxın Şərq #Qəzza müharibəsi #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstinli məhbusların azad edilməsi

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

6 Sentyabr 10:00
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

6 Sentyabr 00:10
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.