4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Radikallığı ilə bilinən İsrailli məmur Qüds polis rəisi təyin edildi

14 Sentyabr 2024 12:32
Radikallığı ilə bilinən İsrailli məmur Qüds polis rəisi təyin edildi

Bakı, AzerVoice

İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir radikal addımlar atan bir polis rəisini Qüdsün yeni polis müdiri təyin edib.

AzerVoice xəbər verir ki, bu haqda İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə Əmir Arzaninin bir müddət etibarnamə ilə həyata keçirdiyi Qüds Bölgəsi Polis rəisi vəzifəsi bu həftə rəsmi şəkildə təsdiq edildi. Arzani bu prosesdə briqada generalından general-mayora rütbəsinə qədər yüksəldi.

İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin bunu Əl-Əqsa məscidində status-kvonu dəyişdirmək və bölgəni yəhudiləşdirmək üçün etdiyi deyilir.

Arzani İsrail polisi içərisində olduqca mübahisəli bir fiqurdur. Onun daha əvvəl dəlillər üzərində saxtakarlıq etdiyi iddia edilən böyük bir daxili qalmaqala görə vəzifə yüksəlişinə qadağa qoyulmuşdu.

Xatırladaq ki, Arzani bir müddət əvvəl yəhudi qruplarına Məscidül-Əqsada yüksək səslə ibadət etmək, Tövrat oxumaq və mahnı səsləndirməklə bağlı verdiyi icazəyə görə böyük tənqidlərə məruz qalmışdı.

Əvvəllər "ekstremizm" ittihamı ilə məhkum olduğu üçün İsrail ordusunda xidmət etməsi qadağan edilmiş olan Ben-Qvir Milli Təhlükəsizlik Naziri olduqdan etibarən Məscidül-Əqsadakı status-kvonun dəyişdirilməsi üçün çalışır.

HƏmçinin, Ben-Qvir bu yaxınlarda bölgədə sinaqoq tikmək istədiyini də bildirmişdi.

Qeyd edək ki, İsrail İordan çayının qərb sahilinə də yeni polis rəisi təyin edib. Belə ki, briqada generalı Moşe Pinçi bundan sonra İordan çayının qərb Sahil Bölgəsinin polis rəisi vəzifəsini icra edəcək.

Pinçi fələstinli məhbuslara təcavüz edən və onlara işgəncə verən əsgərlərin həbsindən sonra İsrail ordusunun bazasına basqın edən yəhudi fəalları mühakimə etməmək üçün öz səlahiyyətlərindən istifadə etmişdi.

Radikallığı ilə bilinən İsrailli məmur Qüds polis rəisi təyin edildi
Məqalədə: #İsrail #Fələstin #QÜDS #Məscidül-Əqsa

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.