7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

HƏMAS İsrailin yardım mexanizmini rədd edib

5 May 2025 15:28
HƏMAS İsrailin yardım mexanizmini rədd edib

BAKI, AzerVoice

HƏMAS hərəkatı İsrailin Qəzza zolağında humanitar yardımın bölgüsünə dair irəli sürdüyü yeni mexanizmlərə kəskin reaksiya verib.

AzerVoice xəbər verir ki, HƏMAS-ın yaydığı rəsmi bəyanatda İsrailin yardım mexanizmlərinin Cenevrə Konvensiyalarına zidd olduğu və soyqırımı siyasətinə vaxt qazandırmaq məqsədi güddüyü qeyd olunub.

Hərəkat bu təşəbbüsü siyasi şantaj və beynəlxalq hüququn açıq pozuntusu kimi dəyərləndirib.

Bəyanat bir sıra beynəlxalq humanitar təşkilatlar və BMT rəsmilərinin son açıqlamalarına cavab olaraq verilib. Sözügedən təşkilatlar İsrailin yardım bölgüsü planlarını insan hüquqlarına uyğun olmayan yanaşma kimi tənqid etmiş və bu cür mexanizmlərə qarşı çıxmışdılar.

HƏMAS bu iddiaları beynəlxalq təzyiqləri azaltmaq üçün manipulyasiya adlandırıb və vurğulayıb ki, yardımların yeganə qanuni bölgüsü yalnız BMT və ixtisaslaşmış beynəlxalq qurumların səlahiyyətində olmalıdır. Onlar işğalçı qüvvələrin və ya onların vasitəçilərinin bu prosesə daxil olmasının yolverilməz olduğunu bəyan ediblər.

Eyni zamanda, HƏMAS beynəlxalq ictimaiyyəti İsrailin yalan məlumatlarına aldanmamağa və humanitar yardımın tam şəkildə bərpası üçün sərt tədbirlər görməyə çağırıb. Hərəkatın fikrincə, Qəzzada aclığın yayılması və yardımın qarşısının alınması İsrailin planlı siyasətidir və bu, ciddi beynəlxalq reaksiya tələb edir.

Xatırladaq ki, İsrail bu ilin əvvəlində HƏMAS-la əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, 18 mart tarixində hərbi əməliyyatları bərpa edib və o vaxtdan bəri Qəzzaya humanitar yardım girişini faktiki olaraq dayandırıb.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #HƏMAS #Qəzzada humanitar böhran #İsrail və Fələstin münaqişəsi 2025 #Benyamin Netanyahu HƏMAS siyasəti

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.