8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Qəzzada iki gün ərzində 200 nəfər həlak olub

16 May 2025 09:50
Qəzzada iki gün ərzində 200 nəfər həlak olub

BAKI, AzerVoice

Qəzzada iki gün ərzində 200-ə yaxın insan həyatını itirib.

AzerVoice xəbər verir ki, İsrailin Qəzza zolağında son iki gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində təxminən 200 nəfər həlak olub.

Hücumların əsasən Xan Yunus və Şuccaiyyə bölgələrində cəmləşdiyi bildirilir.

Avro-Aralıq dənizi İnsan Haqları Monitorunun (Euro-Med) məlumatına görə, Qəzzada yerləşən Avropa Xəstəxanası da daxil olmaqla bir sıra tibb müəssisələri hədəfə alınıb və bu, mülki şəxslərin təxliyyəsinə maneə yaradıb. Euro-Med-in bəyanatında bildirilir ki, xəstəxanaların intensiv şəkildə bombardman edilməsi mülki əhalinin sığınacaq və müalicə imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarının artdığı bir vaxtda, ABŞ-ın da vasitəçilik cəhdlərini gücləndirdiyi müşahidə olunur. ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfəri çərçivəsində verdiyi açıqlamalarda atəşkəsin vacibliyi vurğulanıb. Ağ Evin məlumatına görə, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff münaqişənin dayandırılması üçün yeni təkliflər irəli sürüb.

Eyni zamanda, ABŞ administrasiyasının dəstəyi ilə yaradılan humanitar yardım təşəbbüsü may ayının sonuna qədər Qəzzada fəaliyyətə başlamağı planlaşdırır. Yardım missiyasının əsas məqsədi bölgəyə təcili ərzaq, tibbi ləvazimat və digər humanitar dəstəyin çatdırılmasıdır.

Qeyd edək ki, bölgədə artan hərbi əməliyyatlar fonunda Qəzzadakı xəstəxanalar – xüsusilə Avropa, Əl-Avda və İndoneziya xəstəxanaları – zərər görüb. Rəsmi mənbələrə görə, yalnız Xan Yunusda baş verən hava hücumları nəticəsində 60 nəfər, əsasən qadın və uşaqlar həyatını itirib. Nasser xəstəxanasının isə yaralıların sayına görə kritik həddə çatdığı bildirilir.

Məqalədə: #İsrail #Qəzza zolağı #ABŞ #Donald Tramp #Ağ Ev #Qəzza hücumu #Humanitar fəlakət Qəzza #Qəzza böhranı və Qərbin mövqeyi #İsrail və Qəzza

Mövzu üzrə digər xəbərlər

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

06:52
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
Fələstin

İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi

7 Sentyabr 18:17
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

7 Sentyabr 13:35

Son Xəbərlər

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.