9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Qəzzaya ilk yardım maşınları buraxılıb

22 May 2025 09:31
Qəzzaya ilk yardım maşınları buraxılıb

BAKI, AzerVoice

Qəzzaya ilk yardım maşınları 81 günlük blokadadan sonra daxil olub.

AzerVoice xəbər verir ki, Qəzza zolağında 81 gün davam edən blokadadan sonra ilk dəfə olaraq 87 yardım maşını bölgəyə buraxılıb.

Bu barədə Qəzza hökumətinin media ofisinin rəhbəri İsmayıl əl-Savabite məlumat verib.

Savabite bildirib ki, yardım beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən bölgədə ehtiyac içində olan əhaliyə paylanacaq.

Qəzza Şəxsi Nəqliyyatçılar Dərnəyinin sədri Nahid Şuhaybir isə ümumilikdə 92 yük maşınının daxil olduğunu bildirib. Onun sözlərinə görə, bu maşınlardan 75-i cənub və mərkəzi bölgələrdə yerləşən çörəkxanalara un çatdırıb. Yardımlar Kerem Əbu Səlim sərhəd-keçid məntəqəsi vasitəsilə bölgəyə daxil olub.

Şuhaybir qeyd edib ki, Netzarim dəhlizindən keçid təmin olunmayıb, çünki İsrail ordusu bu yolu bağlı saxlayır. Həmçinin, 12 yük maşını UNICEF tərəfindən təmin olunan uşaqlar üçün əlavə qidaları, 5 maşın isə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göndərilən şəkər və digər ərzaq məhsullarını daşıyıb.

Qəzza hökumətinin Media Ofisi bildirib ki, bölgənin təcili olaraq gündəlik ən azı 500 yardım və 50 yanacaq maşınına ehtiyacı var. Qurum İsrailin sərhəd qapılarını bağlamasının aclıq böhranını daha da dərinləşdirdiyini vurğulayıb. media o

Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger Avropa İttifaqının İsraillə mövcud ticarət razılaşmalarını nəzərdən keçirmək qərarına dəstək verdiyini açıqlayıb və Qəzzadakı vəziyyəti “dözülməz” adlandırıb.

Eyni gün Qəzza hökuməti bəyan edib ki, İsrail yardım maşınlarının Kerem Əbu Səlim sərhəd-keçid məntəqəsindən keçidinə 3-cü gün ardıcıl olaraq maneə yaradır və bu, beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil edir.

İsrail ordusu isə bölgədə hücumlarını genişləndirdiyini açıqlayıb. Quru əməliyyatları ilə paralel olaraq, xüsusilə Qəzzanın şimalında, flayerlər vasitəsilə fələstinlilərdən cənuba doğru hərəkət etmələri tələb olunur.

BMT, insan haqları təşkilatları və beynəlxalq yardım qurumları quru əməliyyatlarının mövcud humanitar vəziyyəti daha da ağırlaşdıracağı barədə xəbərdarlıq ediblər.

İsrail mətbuatı isə İsrailin Qəzzanın cənubunda düşərgələrin qurulduğu və burada məhdud humanitar yardımın paylanacağını yazıb. Peyk görüntüləri Rəfah şəhərində geniş ərazilərin hamarlanaraq bu məqsədlə hazırlandığını göstərir.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #UNICEF #humanitar yardım #humanitar böhran #Beynəlxalq humanitar yardım #Fələstin və beynəlxalq yardım #Qəzzə və İsrail arasındakı gərginlik

Mövzu üzrə digər xəbərlər

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

8 Sentyabr 09:26
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

8 Sentyabr 06:52
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
Fələstin

İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi

7 Sentyabr 18:17

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.