5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

ABŞ Senatının komitə sədrinin Azərbaycanla bağlı açıqlaması əsassız və təxribat xarakterlidir - Səməd Seyidov

31 Yanvar 2024 18:47
ABŞ Senatının komitə sədrinin Azərbaycanla bağlı açıqlaması əsassız və təxribat xarakterlidir - Səməd Seyidov

Bakı. AzerVoice:

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Benjamin Kardinin Azərbaycanla bağlı əsassız və qərəzli açıqlaması ilə bağlı bəyanat yayıb.

AzerVoice xəbər verir ki, bəyanatda ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Benjamin Kardinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli bəyanatının dərin məyusluq hissi doğurduğu vurğulanıb.

"B.Kardinin nəzərinə çatdırırıq ki, ölkəmiz 1991-ci ildə müstəqilliyini əldə edəndən bəri beynəlxalq ictimaiyyətin etibarlı və məsul üzvüdür. Azərbaycanın əksər beynəlxalq platformalarda uğurlu fəaliyyəti məhz beynəlxalq ictimaiyyətin qəti və birmənalı dəstəyinə əsaslanır.

Ölkəmizin xüsusilə də Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində faktiki olaraq ölkələrin sayı və təsir imkanlarına görə BMT-dən sonra dünyanın ikinci ən böyük platformasının inkişafına verdiyi töhfələr Hərəkata üzv olan 120 ölkə tərəfindən hörmətlə qarşılanır.

Təsadüfi deyil ki, beynəlxalq dialoq və əməkdaşlığın daha da genişləndirilməsində oynadığı rola, beynəlxalq qaydalara və qarşılıqlı fəaliyyət normalarına hörmətlə yanaşmasına, öz prinsipial mövqeyinə görə ölkəmiz 2024-cü ildə qlobal səviyyədə ən mötəbər tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməyə layiq görülüb.

Bu qərarı beynəlxalq aləmin bütün üzvləri, o cümlədən, ABŞ-nin özü də dəstəkləmişdir. Buna baxmayaraq, COP29 ərəfəsində senator B.Kardinin ölkəmizi şantaj edərək, qərəzli təşkilat və dairələrin yalan, yoxlanılmamış məlumatlarından istifadə etməsi Azərbaycana qarşı olan həmin dairələr, xüsusən də erməni lobbisi tərəfindən təhrik edilmiş əsassız və təxribat xarakterli yanaşmadır.

B.Kardinə tövsiyə edirik ki, Azərbaycan əleyhinə birtərəfli və qərəzli fikirlər səsləndirmək əvəzinə, öz diqqətini ABŞ Senatının Xarici əlaqələr Komitəsində kök salmış korrupsiya, rüşvətxorluq və digər bu kimi qanunsuz əməllərə yönəltsin. Sələfi senator R.Menendesin uzun müddət komitə çərçivəsində rüşvətxor əməlləri, oğurluq faktları, erməni himayədarları ilə şəxsi maraqlar üzərində qurulmuş birgə fəaliyyəti nəzərə alındıqda, bu ağır korrupsiya irsinin araşdırılması senator Kardin üçün daha faydalı olar".

ABŞ Senatının komitə sədrinin Azərbaycanla bağlı açıqlaması əsassız və təxribat xarakterlidir - Səməd Seyidov
Məqalədə: #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.