8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

COP29-da FINS Initiative: Dərin Suların Qorunması və İqlim Dəyişikliklərinə Qarşı Birləşmiş Mübarizə

Bakıda keçirilən COP29 çərçivəsində, FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında baş tutacaq xüsusi panel müzakirələr və sərgi proqramı, dünya sularının və sualtı ekosistemlərin qorunmasının vacibliyini vurğulamağı hədəfləyir.

11 Noyabr 2024 09:16
COP29-da FINS Initiative: Dərin Suların Qorunması və İqlim Dəyişikliklərinə Qarşı Birləşmiş Mübarizə

Bakı. AzerVoice

Bakıda keçirilən COP29 çərçivəsində, FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında baş tutacaq xüsusi panel müzakirələr və sərgi proqramı, dünya sularının və sualtı ekosistemlərin qorunmasının vacibliyini vurğulamağı hədəfləyir.

AzerVoice xəbər verir ki, foto sərgi sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunaraq, onların qorunmasının vacibliyini ön plana çıxarır. İqlim dəyişikliyi mövzusunu müzakirə edərkən, dünyanın 70%-ni əhatə edən suları və onların ekosistemini nəzərə almamaq mümkün deyil. Bu ekosistemin qorunması böyük əhəmiyyət daşıyır, çünki balans pozulduqda yaranan təhlükələr düşündüyümüzdən daha ciddi ola bilər.

Təəssüf ki, dünyanın bir çox yerində dəniz canlılarına qarşı təhlükələr mövcuddur. Hər il dünyada 100 milyondan çox köpək balığı öldürülür, bəzi ölkələrdə isə delfin ovu qanunidir və hətta adət halını alıb. Misal üçün, Danimarka və İslandiyada delfin ovu qanunla qorunur. Norveçdə isə balina ovu qanuni olmaqla yanaşı, dövlət tərəfindən dəstəklənir və hər il bu ov kvotaları artırılır. Bu balina ətinin ev heyvanları üçün yemə çevrilməsi böyük narahatlıq doğurur.

Balinaların qorunması üçün yalnız ovu məhdudlaşdırmaq kifayət deyil. Hazırda bütün dünyada böyük yük daşıyan gəmilər də onların həyatı üçün ciddi təhlükə yaradır. Bu gəmilər tez-tez balinaları vurur və onların həyatı üçün risk yaradır.

Norveç hazırda öz dərin sularını yerli mədən şirkətlərinə açmağı müzakirə edir. Bu ərazinin ölçüsü Böyük Britaniya qədərdir və 800-dən çox beynəlxalq alim, bu fəaliyyətin sualtı ekosistemlərə zərər verəcəyini bildirərək, mədən işlərinin dayandırılması üçün petisiya imzalayıb.

FINS Initiative olaraq məqsədimiz, bu vacib məsələləri COP29-da müzakirəyə çıxarmaqdır. 11 gün ərzində yaşıl zonada qurulmuş pavilyonumuzda xarici ekspertlərlə panel müzakirələri, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayişini təşkil edəcəyik. Məqsədimiz, dünya okeanlarının, o cümlədən Xəzər dənizimizin problemlərini müzakirə edərək, COP29-a təklif etmək üçün birgə bəyanat hazırlamaqdır. Ümid edirik ki, bu müzakirələr nəticəsində yeni texnologiyalar və yanaşmalar vasitəsilə Xəzər dənizinin və dünya sularının qorunması üçün yeni yollar tapacağıq.

Xatırladaq ki, 20 il əvvəl Xəzərin sahillərində su itlərini görmək adi hal idi, amma bu gün bu nadir hadisəyə çevrilib. Bu, onların sayının azalmasını və Xəzər dənizindəki ekoloji təhlükəni göstərir. FINS Initiative olaraq, Xəzərimizi və dünya sularını qorumağa yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcəyik.

Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb
İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

9 May 18:54
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Siyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

4 May 19:22
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

4 May 18:03

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.