4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan və İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya"nın iclasında iştirak etmək üçün Tehran şəhərinə səfər edib.

19 Noyabr 2024 16:44
Azərbaycan və İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, AzerVoice

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya"nın iclasında iştirak etmək üçün Tehran şəhərinə səfər edib.

AzerVoice xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb.

Görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Daha sonra birgə komissiyanın iclasında Azərbaycan və İranın hərbi strukturları arasında hərbi sahədə əməkdaşlığın inkişafı, yeni fəaliyyət istiqamətləri və sahələrinin müəyyən edilməsi üzrə geniş müzakirələr aparılıb.

Yekunda razılıq əldə edilmiş əməkdaşlıq istiqamətləri üzrə maddələri özündə əks etdirən protokol imzalanıb.

Azərbaycan və İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib Azərbaycan və İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Məqalədə: #İran #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

22:00
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

21:12
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

20:30

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.