9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib

25 Aprel 2024 20:45
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib

Bakı. AzerVoice:

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən AzerVoice-ə bildirilib ki, Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Nazir Qazaxıstanla dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu və bu əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Qazaxıstanlı nümayəndələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan islahatlar barədə məlumatlandırılıb.

General-leytenant S.Kamaletdinov isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.

Görüşdə, eyni zamanda Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, birgə təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Qazaxıstan nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazaxıstan Respublikasındakı hərbi attaşesi polkovnik Zaur Kərimova "Beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə" medalını təqdim edib.

Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
Məqalədə: #Azərbaycan #Qazaxıstan

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.