7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ceyhun Bayramov Ukrayna Ali Radasının sədrinin müavini ilə görüşüb

2 May 2024 10:24
Ceyhun Bayramov Ukrayna Ali Radasının sədrinin müavini ilə görüşüb

Bakı. AzerVoice:

Dünən xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk ilə görüşüb.

XİN-dən AzerVoice-ə bildirilib ki, görüş zamanı Azərbaycan və Ukrayna arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ukrayna arasında mövcud sıx təmasların əməkdaşlığa töhfəsindən bəhs edərək, bu istiqamətdə parlament üzvləri arasında əlaqələrin də tərəfdaşlığımızın inkişafında mühüm rol oynadığını qeyd edib.

Münasibətlərimizin əsasında dayanan ərazi bütövlüyü və suverenlik prinsiplərinə bütün platformalar çərçivəsində daimi dəstəyin nümayiş etdirilməsinin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, regional sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ukrayna tərəfi Azərbaycanın hər zaman beynəlxalq hüquq normalarına, xüsusilə ərazi bütövlüyü prinsipinə münasibətdə sərgilədiyi yanaşmaya, habelə göstərilən humanitar dəstəyə görə təşəkkür ifadə edib. Strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsinə dair inam ifadə olunub.

Görüşdə, həmçinin. qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Ukrayna Ali Radasının sədrinin müavini ilə görüşüb Ceyhun Bayramov Ukrayna Ali Radasının sədrinin müavini ilə görüşüb
Məqalədə: #Ukrayna #Ceyhun Bayramov

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

3 Sentyabr 11:39
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Siyasət

Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

1 Sentyabr 11:05
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Türkiyə

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 17:42
ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski
Digər Dövlətlər

ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

29 Avqust 16:16

Son Xəbərlər

Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.