8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan və Serbiyanın müdafiə nazirləri arasında görüş keçirilib

14 İyun 2024 17:31
Azərbaycan və Serbiyanın müdafiə nazirləri arasında görüş keçirilib

Bakı. VOA:

İyunun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Serbiya Respublikasının müdafiə naziri cənab Bratislav Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyindən VOA-ə verilən məlumata görə, Serbiyalı nümayəndələr əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Hər iki ölkənin müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan və Serbiya respublikalarının Dövlət himnləri səsləndirilib. Cənab B.Qaşiç protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra müdafiə naziri regiondakı vəziyyətə toxunaraq qeyd edib ki, Vətən müharibəsi və antiterror əməliyyatından sonra Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Respublikasının ərazisindən tamamilə çıxarılıb.

General-polkovnik Z.Həsənov cənab B.Qaşiçi 2024-cü ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

Cənab B.Qaşiç isə öz növbəsində ölkəmizə rəsmi səfərindən məmnunluq ifadə edib. Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Serbiyanın müdafiə naziri Vətən müharibəsində əldə edilmiş Qələbə münasibətilə azərbaycanlı həmkarını təbrik edib. Azərbaycan ilə Serbiya arasında bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını xüsusi vurğulayıb.

Görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Azərbaycan və Serbiyanın müdafiə nazirləri arasında görüş keçirilib Azərbaycan və Serbiyanın müdafiə nazirləri arasında görüş keçirilib Azərbaycan və Serbiyanın müdafiə nazirləri arasında görüş keçirilib Azərbaycan və Serbiyanın müdafiə nazirləri arasında görüş keçirilib
Məqalədə: #Zakir Həsənov #Serbiya #Müdafiə Nazirliyi #rəsmi görüş #ADEX Beynəlxalq Müdafiə Sərgisi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

7 Sentyabr 20:30
Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)
Hadisə

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

2 Sentyabr 09:32
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib
Digər Dövlətlər

Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

28 Avqust 19:14

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.